Son günlər Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan şikayətlər artır.
Şikayətlər isə xəstəxananın öz işçiləri tərəfindən səsləndirilir. Şikayətçilərin sırasına xəstəxananın həkimi Fizuli Əliyev də qatılıb. Həkim səhiyyə ocağında əməliyyat alətlərinin istifadəyə yararsjz vəziyyətdə olduğunu, liftin işləmədiyini, xəstələrin buna görə əziyyət çəkdiklərini deyir.
Millitv.az cebhe.info-ya istinadla xəbər verir ki, artıq bir neçə gündür ki, ard- arda sosial şəbəkələrdə bu bərədə materiallar yayılır, reportajlar çəkilir, yazılar yazılır. Söhbət həqiqən də ciddiyyətdən gedir.
Ağciyər Xəstəlikləri İnstitunda nə baş verir?
Bununla bağlı saytımıza şikayətçi həkim Fizuli Əliyev danışıb. O bildirib ki, İnstitutda baş verən hadisələrin işıqlandırılmasını istəyir:
"Mən xalqıma xidmət edirəm. Çəkilişlərdəki alətləri xlora salıblar, pası əriyib. Həqiqət xanım (baş direktor) müsahibəsində deyir ki, bu belə deyil. Mənim göstərdiyim alətləri xlorlayıblar, sonra qazan qarası aparan "setka" ilə qaşıyıblar ki, pas getsin. Lakin pasın izləri qara ləkə kimi eyni yerdə durur. Süni surətdə başqa hədəflər ortaya atılır ki, əsas hədəfdan qaçılsın. Mən işləməyən lifti çəkirəmsə, bu dəyişilməlidir deməkdir də. Şantaj etmirik ki?! Əməliyyat protokolu jurnalı var. 2000-ci ildən bu günədək hansı əməliyyat olub, göstərsinlər. Göstərə bilməzlər. Yoxdur axı Mən sap istəyirəm, 3 manatdır, alın göstərin ki, Fizuli həkim yalançıdır".
Həkimin sözlərinə görə, o, xəstələrin yarasını, kəsiyini tüpürcəklə yapışdırır: "Xəstəxanada laborator analizlər aparılmır. Xəstənin ciyərindən suyu çəkirəm və bilməliyəm ki, nə qədər zülal itirib. Analiiz yoxdur axı. Zər atmalıyam, fal qurmalıyam, ya necə? Əgər sənin burada elementar laborator təchizatın yoxdursa, niyə İnstitut adı daşıyırsan? Heç məntəqə bu səviyyədə deyil. Videoları ictimailəşdirmişəm deyə süpürgəçiləri üzümə durdurur ki, Fizuli həkim şöbədə söyüş söyür".
Məsələ ilə bağlı İnstututun direktoru Həqiqət Qədirova ilə əlaqə saxalamağa çalışsaq da buna müvəffəq ola bilmədik. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.