Axtarış...

Metro çıxışlarında cibimizə necə girirlər? – “Poz qazan”, yoxsa “Poz qazlan”?

Metro çıxışlarında cibimizə necə girirlər? – “Poz qazan”, yoxsa “Poz qazlan”?

Son zamanlar “Azərlotoreya”nın təşkil etdiyi “Poz Qazan” ani lotoreyaları kifayət qədər populyarlıq qazanıb.
Revmatoloq: "Yalnız bu sizin oynaqları 4 günə sağalda bilər"

Dayanacaqlarda, metro girişlərinin qarşısında, hətta marketlərin yanında belə satışa çıxarılan bu lotereyalara böyüklərlə yanaşı məktəblilərin də marağı böyükdür. Xırda uduşlarla iştirakçıların şirnikləndirildiyi həmin oyunda bu günə qədər nədənsə böyük məbləğli uduşlara rast gəlinməyib.

Maraqlıdır, ani lotereya oyunlarına kütləvi maraq nədəndir? Həqiqətənmi vətəndaşlar ümid etdikləri böyük məbləğləri uda bilər, yoxsa bu bir tələdir?

Mövzu ilə bağlı Gundem.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ”Poz-qazan”, “Topaz” kimi oyunlar qumar oyununun müxtəlif variantlarıdır:

“Bu kimi oyunlara kütləvi marağın səbəbi bir çox insanımızın pulsuz, işsiz olmasıdır. Əgər insanların normal işi olsa, başı qarışsa, evinə pul gətirsə, bu kimi oyunlarla maraqlanmazlar. Bu oyunları təşkil edənlər isə vəziyyətdən sui-istifadə edərək camaatı aldadırlar”.

Sosioloq bildirib ki, lotoreya oyunlarında uduzan birmənalı olaraq bu oyunu oynayanlar olur:

“Lotereya oyunlarının təşkilatçıları həmişə düşünüb ki, necə hiylə quraq ki, daha çox pul qazanaq. İnsanlar isə asan qazanc arxasınca qaçdığından bu tələyə düşürlər. İnsanlar bir gün ərzində həmin oyunların statistikalarını izləsələr, görərlər ki, orada nə qədər oyun və uduş oldu. O zaman başa düşərlər ki, burada fırıldaqçılıq əməlləri var. Bu kimi oyunlara yol vermək doğru deyil. Bizdə də, xarici ölkələrdə də təşkil olunan lotereya oyunlarının əksəriyyətində fırıldaqçılıq var”.(Gundem.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz