Axtarış...

ƏLİ HƏSƏNOV “XIRDALAN” PİVƏSİNƏ KEÇİB - Prezidentin keçmiş köməkçisi “40 pillə” kafesini satıb

ƏLİ HƏSƏNOV “XIRDALAN” PİVƏSİNƏ KEÇİB - Prezidentin keçmiş köməkçisi “40 pillə” kafesini satıb


Korrupsiyaya qarşı mübarizə tədbirləri Səbail RİH-in məsul şəxslərinin saxta “kupça” ilə Prezidentin (keçmiş) köməkçisi Əli Həsənova satdıqları “40 pilləkən kompleksi”nin “taleyinə” də aydınlıq gətirib. Milli Televiziya və Radio Şurasının (MTRŞ) 5 üzvündən biri təyin etdirdiyi, dayısı oğlu , keçmiş “JEK” müdiri Cəfərov Məmməd Hüseyn oğlunun adına saxta qeydiyyat çıxarışı ilə Prezidentə “40 pillə” kafesi “xidməti” göstərən Əli Həsənov artıq “Xırdalan” pivəsi “satır”. Kafenin adı dəyişilib, yoxsa... Bunu bağlantılı qurumlar – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Bakı şəhər İcra Hakimiyyəti, Səbail icra hakimiyyəti bilməmiş olmazlar.
Amma Prezidentin keçmiş köməkçisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini vergidən yayınma sahəsində də həyata keçirdiyindən məmurun həddi nə idi kafedən vergi uçotu, əmlak qeydi və s. tələb etsin .Əksinə, ƏMDK -nın sədr müavini, hazırda Cəlilabada başçılıq edən Rafiq Cəlilov yazırdı ki, həmin kompleks - kafe dövlət dövlət müəssisəsidir, Qarabağ qazilərinə verilə bilməz; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Elşad Məmmədov, Zəfər Abdulov bildirirdilər ki, qeyri – yaşayış sahəsi “Alyans -F” MMC-nin mülkiyyətindədir, Səbail RİH-in hüquq şöbəsinin müdiri Hafiz Aberkarov məhkəməyə saxta sənəd verirdi və Səbail məhkəməsi və yuxarı instansiyalar bu saxtalığı qüvvəyə mindirirdi ki, mülkiyyət toxunulmazdır! (?) Hətta Ali Məhkəmənin sədri əlavə kassasiya şikayətinə belə əsas olmadığını bildirib.
Bu “dövlət özbaşınalığı” ilə bağlı Qarabağ qazilərinin 50-dən yuxarı məhkəmə tələbi üzrə işlərin “bəxti açılmayıb”. Konstitusiya Məhkəməsi də şikayətə baxmaqdan imtina edib. Qarabağ qaziləri Səbail RİH -in məhkəməyə təqdim etdiyi saxta “kupça” ilə məhkəmə davasına çıxdığı on ilə yaxın müddətdə birdən -birə 2015-ci ildə BŞİH-in baş “JEK”-indən məhkəmə predmeti olan zibilxananın Cəfərov Məmməd Hüseyn oğlunun mülkiyyətində olduğu bildirilib. Bu necə ola bilər? Heç demə, “qızın iki adaxlısı” varmış, ikisi də saxta. Bunu Səbail RİH-in 2015-ci ildə 20 gün aralığında verdiyi sahənin 2 ayrı şəxsin mülkiyyətində olması haqqında saxtalığı da sübut etsə də, Səbail prokurorluğu fakta hüquqi qiymət verməkdən imtina edib və hələ də “Əli Həsənovun zibil”xanası”ndan çıxa bilmir.
3 ay olar, Səbail prokurorluğu Qarabağ qazisini çağırıb, lakin bir saat gözlətdikdən sonra qəbul etməyib. Səbail polisi isə Əli Həsənovun dövlət qulluqçusu etdiyi dayısı oğlunun adına dövlət qulluğunu “rüşvət qulluğu”na dəyişməsini 2020-ci il tarixli qərarla qanuni sayıb. Oysa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydə alınmadığını rəsmi məktubla bildirib. Səbail məhkəməsinin hakimi Azər Tağıyev və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (sədrlik edən Habil Məmmədov) bu “qanuniliyi” qüvvədə saxladığından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin yolu açılıb. İndi Avropa Məhkəməsi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qazilərin məhkəmə təminatı, mülkiyyət hüququna qadağasını araşdırmalıdır.
Yəqin keçmiş Prezident köməkçisi, hökumət özü Avropa Məhkəməsinin sorğularına hazırlaşır . Kafenin “Xırdalan pivəsi”nə dəyişdirilməsi də bununla bağlı ola bilər. Ad dəyişməklə hüquqa qadağanın əsaslandırılmasına isə yerli məhkəmə(lər) inanar, Avropa yox.
Hurriyyet.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz