"Bu yaxınlarda Texnologiya Universitetində keçirilən iclasda rektor A.Suleymanov bildirib ki, universitet axır ki, işğaldan azad olundu. Bunu söyləməklə o, dəstək verərək universitetə gətirdiyi, yüksək vəzifə, şişirdilmiş maaş verdiyi nurçuların işdən çıxıb getmələrinə işarə vurur. Beləliklədə o, başını tumarladığı, hamıdan fərqləndirərək yüksək maaş yazdığı nurçuların üzərində nəhayət ki, qələbə çaldığını böyük məmnunluqla kollektivə elan etdi. A.Süleymanov başa düşürmü görən universiteti işğal edən elə onun özüdür". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.
Məqalədə dahs rona deyilir: "O, nə qədər ki, universitetdə rəhbər kimi qalacaqsa, o qədərdə işğal davam edəcək. Çunki, universitetdə baş verən bütün qanunsuzluqların başında A.Suleymanovun özü dayanır. O, vəzifə verib qabağa çəkdiyi adamları qanunsuz əməllərə təhrik edir və vəziyyət gərginləşən kimi özünü sudan quru çıxartmaq üçün onları qurbanlıq keçi kimi güdaza verir. İnsaf naminə demək lazımdırki, Vüqar İsmayılov Texnologiya universitetinə prorektor təyin olunanda ilk vaxtlar rüşvət almağın nə olduğunu bilmirdi, amma rektor ona rüşvət almağı öyrətdi.
Digərlərinə dediyi kimi, Vüqara da deyirdi ki, oğul narahat olma, arxanda dayanmışam,işində ol, maaşla dolanmaq olmaz. Sonda V.İsmayılovun və digərlərinin aqibətini gördünüz. Vəziyyət gərginləşəndə A.Süleymanovun özünü müdafiə etmə üsulu belədir: guya ki, onun heç-bir şeydən xəbəri olmayıb, bir də ayılıb gorüb ki, səndemə etibar elədiyi adamlar çoxsaylı qanun pozuntuları edərək, universitetin altını üstünə çevriblər, özü isə aydan-arı , sudan duru bir adamdır və onun yeganə qüsuru budur ki, sadəlövhdür, insanlara inanır. Başqa sözlə onu aldadırlar.
Maraqlıdır ki, 2015- ci ildə və 2021- ci ildə də A.Suleymanov eyni senari ilə çıxış edərək, bütün baş verən qanun pozuntularını və özbaşnalıqları ətrafına yığdığı vəzifə sahiblərinin( dekanlarin, prorektorların, şöbə mudirlərinim və s.) üstünə atıb. Rektor olduğu müddətdə insafsızcasına, onlarla insanı ləkələyərək məhv edib. Soruşmaq lazımdır: cənab rektor bəlkə elə əsil günahkar siz özünüzsiniz. Əgər doğrudan da siz hər dəfə aldanılırsınızsa, onda sizin universitet rəhbəri kimi belə məsuliyyəyli bir vəzifəni tutmağa mənəvi haqqınız varmı? Sizin kimi məsuliyyətsiz bir adamın növbəti dəfə «aldanılmayacağına» qarant varmı? Yəni təsəvvür edirsinizmi ki, siz hər dəfə «aldanılanda» universitetdə çalışan əməkdaşlara nə qədər böyük mənəvi və maddi zərbə vurulur. Universitetin imicinə xələl gətirilir.Nəfsinizi cilovlamaq əvəzinə, insanların taleyi ilə oynamaq nə qədər düzgündür? Siz prezidentin etimadını beləmi doğruldursunuz? Respublikada heç-bir təhsil müəssisəsinin adı sosial şəbəkələrdə bu qədər hallanmır, idarəçiliyi bacarmadığınızı etiraf etməyin vaxtı çatmayıbmi? Siz rektor olmasanız, görən kollektiv nə itirər?"
DAVAMI VAR...
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.