Axtarış...

Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir

Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun tezliklə yola salınacaqları barədə məlumat almışıq. Ahıl yaşlı rektorları çox daha gənc kadrlar əvəzləyəcək.

"Demokratik.Az"-ın məlumatına görə, yaxın gələcəkdə baş tutacaq dəyişiklik hər iki universitetdə yalnız idarəetmə qabiliyyətinin cavanlaşdırılmasına xidmət etməyəcək, eləcə də ATU-da və GDU-da illərdir kök atmış korrupsiya və rüşvətxorluğun, təhsil və tədris adına alovlanmış xeyli süni nöqsanların durdurulmasına şərait yaradacaq.
Bildirək ki, hər iki rektor 1951-ci il doğumludur, özləri və rəhbərlik etdikləri universitetlər barədə dövri mətbuatda çeşidli tənqidi materiallar dərc edilib. Hər iki şəxs 7 ildir ki, rektor kimi maaş almaqdadır.
ATU rektoru Akif Süleymanov hazırki iqtisadiyyat naziri (sabiq təhsil naziri-red) Mikayıl Cabbarovun, GDU rektoru Yusif Yusifov isə digər sabiq təhsil naziri, hazırki Xarici İşlər Naziri Cehun Bayramovun yaxın adamı kimi tanınıb.
Əlavə məlumat verməyə çalışacağıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz