C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın imza atdığı qanunsuzluqlar artıq sərhəd tanımır. Böyük bir tibb müəssisəsini özəl şirkətinə çevirən, orta əsrlər feodal təfəkkürü ilə idarəetmə üsulu formalaşdıran G.Dadaşova onsuz da ağır durumda olan səhiyyə sisteminin bir qolunu tamamilə məhvə sürükləyir. Tərəfimizdən səsləndiriliən tənqidlərdən nəticə çıxarmaq, yol verilən nöqsanları düzəltmək əvəzinə xanım direktor müxtəlif saytlarda haqqında mədhiyyələr yazdırtırır, özünü səhiyyənin yeni parlayan ulduzu qismində təqdim edir. Əslində isə mövcud reallıq tamamilə başqadır.
İlk öncə ondan başlayaq ki, təzə direktorun əsas “islahatları” kadr sahəsində olub. Məhz bu “islahatlar” Kardiologiya İnstitutnun altını üstünə çevirib. İnstituta gəldiyi ilk gündən peşəkar kadrları işdən azad etməyə, institutdan uzaqlaşdırmağa başlayan G.Dadaşova heç bir praktik təcrübəsi, kardiologiya ilə yaxından-uzaqdan bağlılığı olmayan, yalnız müəyyən “kriteriyalara” cavab verən şəxsləri instituta toplamağa başlayıb. Yəni verilən məlumatlarda bildirilir ki, qanunsuz işəgötürmə və eyni zamanda "ölü canlı" funksiyasını icra edən bankomat kartlarından gələn sərmayələr G.Dadaşovanın maddi rifahının yüksəldilməsinə xidmət edir. İşdən uzaqlaşdırılan əməkdaşlar isə məhkəmələrdə ədalət axtarışındadır.
Sonra qulluğunuza ərz edək ki, G.Dadaşovanın gəlişindən sonra Kardiologiya İnstitutu “dərman mafiyası”nın oylağına çevrilib. Direktorun köməkçisini “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını 3 min manatdan başlayan qiymətlərə almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda özünü göstərir.
Səlahiyyət sahiblərinə bir də Gülnaz xanımın tibb elmində “inqilab” edən plagiat elmi işindən xəbər vermək istəyirik. Məlumat üçün bildiririk ki, bu barədə 14 avqust 2019-cu il tarixində təxminən saat 12 radələrində AAK-nın elektron poçtuna müraciət ünvanlamışıq. “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan bu elmi işin 38 səhifəsi tamamilə köçürmə-plagiatdır .Məlumata görə, zəif tərzdə yazılmış, plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da sonradan hansısa yollarla “dahiyanə əsər”in də bəxti açılıb. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib. Rubrika.az saytı bu məsələni diqqətdə saxlayır və məsələnin araşdırılması üçün Ali Attestasiya Komissiyasının sədri şəxsən Famil Mustafayevə müraciət ünvanlayıb.Təəssüflər olsun ki, AAK bizim müraciətlərimizə cavab vermir. Görünür bu “dahiyanə əsər”in işığı onların da gözlərini qamaşdırıb!
Rubrika.Az