Axtarış...

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində RƏZALƏT: olmayan virus belə “tapılıb”-FOTOFAKT

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində RƏZALƏT: olmayan virus belə “tapılıb”-FOTOFAKT

Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri Səbail rayonu Ş. Allahverdiyev küçəsi dalan 3, ev 4 ünvanda yaşayan Rəhimova Günay Fazil qızının B. Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində qarşılaşdığı rəzalətlə bağlı müraciəti daxil olub... Müraciətdən belə anlaşılır ki, ölkədə anoloqu olmayan bu səhiyyə müəssisəsi sağlam adamı xəstə çıxarmaqla bir insanın taleyi ilə oynayıb, təkcə ona yox, bir bir ailəyə faciə yaşadıb...

Günay xanım bildirir ki, ərazi uzrə polikilinika həkiminin göndərişi ilə 13.10. 2021-ci il tarixində Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində (İctiami arenada “Qanköçürmə İnstitutu” kimi tanınır. Red.) hepatet C və B virusunun yoxlanılması üçün qan analizi verib: “18.10.2021 ci il tarixdə hepatit B virisunun cavabının pozitiv olduğunu yazılı sürətdə mənə təqdim etdilər. Nəticədən narahat olduğumuz üçün özəl klinikaların birində (“Sağlam Ailə” klinikasında) yenidən analiz verdim. Məlum oldu ki, ölkənin yeganə Hematologiya və Transfuziologiya Mərkəzi Azərbaycan səhiyyəsinin üz qarası olmaqla yanaşı insanlara stres və həyacan verməklə məşuğldur”.

Günay xanım eyni zamanda ölkə vətəndaşlarını diqqətli olmağa, bəlli analizlərə ehtiyac olduğu təqdirdə özəl klinikalara üstünlük verməyə tövsiyə edir:

“Bu müraciətimlə ölkə vətəndaşlarını diqqətli olmağa çağırıram. Hematologiya və Transfuziologiya Mərkəzində vermiş olduqları analizlərin cavabında mənim kimi hallarla rastlaşsalar qorxmamağı, normal bir klinikada müayinə olunmalarını tövsiyə edirəm”.

Qrşıdakı günlərdə bu məsələnin hüquq müstəvisində araşdırılacağı da gözlənilir. Belə ki, Günay xanım Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzinə qarşı maddi-mənəvi təzminat davası açacağını da bildirdi...



Biz Yenixeber.org-olaraq Rəhimova Günay Fazil qızının müraciətində yer alan iddialarla bağlı B. Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzindən və TƏBİB-dən açıqlama almağa çalışdıq... Birinci instansiya ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu: İnstitutun saytında yer alan telefon nömrələrinin heç birinə cavab verən olmadı(?)

TƏBİB-dən isə müraciətlə tanış olub, aydınlaşdırmaq istədiklərini bildirdilər. Online ünvanladığımız müraciətə hələ ki, cavab verilməsə də, məsələnin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində araşdırıldığı bildirildi...
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində RƏZALƏT: olmayan virus belə “tapılıb”-FOTOFAKT
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində RƏZALƏT: olmayan virus belə “tapılıb”-FOTOFAKT
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz