Xəbəral.az xəbər verir ki, Cavid Qurbanovun ən uğursuz kadırı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Kəlbəcər YAP-ın sədri seçilib.
Həbib Misirov Cavid Qurbanovun “buyruq arxası” ilə gedəni, sosial şəbəkələr də 18+ yazışmaları ilə gündəmə gələn, qohumunu qorumaq məqsədi ilə, trol dəstəsinin başında dayananı olub.
Xəbəral.az-ın məlumatına görə, Həbib Misirovun adı media da hər zaman qalmaqallı mövzular da hallanıb.
Demək olar ki, Cavid Qurbanovun ən başı aşağılıq gətirən adamlarından sayılır.
Qeyd edək ki, bir neçə il öncə Həbib Misirov mətbuata sosial şəbəkə də bir xanımla açıq-aşkar yazışaraq, həmin xanımın bu adamı ifşası ilə gündəmə gəlib.
Həmin yazışmalarda Həbib Misirov güya ki, Cavid Qurbanov Millət Vəkili olanda onun köməkçisi olub.
Amma sonradan məlum olub ki, bu yalan məlumatdır, sən demə Həbib Misirov Cavid Qurbanovun köməkçisi yox, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində müavin vəzifəsində çalışır.
Bu qədər biabırçılıqdan sonra, Həbib Misirov necə oldu ki, Kəlbəcər YAP-a sədr gətirildi?
YAP ölkənin ən öndə gedən siyasi hakim partiyasıdır.
Sözsüz ki, Dəmir yol şefinin müsbət rəyindən sona, Həbib Misirovun üzünə həyat güldü, vəzifə sahibi oldu.Əslində bu təyinat Kəlbəcərin ziyalı təbəqəsi arasında bir mənalı qarşılanmasa da sonradan sözügedən təyinatla razılaşmalı olublar.
Ona görə ki, son vaxtlar YAP-da güclü islahatlar getdi, gənc və bacarıqlı kadırlara üstünlük verildi.
Heç bir siyasi savadı olmayan, hər zaman siyasətin kəndarından baxan Həbib Misirov çətin ki, bu vəzifənin öhdəsindən layiqincə gəlsin.
Heç inanılası deyildi ki, hakim partiya YAP, Həbib Misirova sədr olmağa razılıq versin.Amma nə etmək olar ki, burada Cavid Qurbanov izi var.
Əsilində Cavid Qurbanova qarşı aqressiya yaradanlardan biri məhz Həbib Misirovdur.
Biraz öncə mətbuat Həbib Misirovu Kəlbəcər rayonuna icra hakimiyyətinin müavini gətiriləcəyi ilə bağlı yazsa da, deyilənə görə, icra başçısı Azər Qocayev bu təyinata razılıq verməyib.
Bura da belə bir sual yaranır ki, Həbib Misirov bu vəzifənin öhtəsindən gələ biləcəkmi?
Həbib Misirov sosial media da özündən yazılan tənqidi yazıları hədə-qorxu və təpki ilə qarşılayan toxunulmaz adam aurası yaradıb. Belə çıxır ki, Cavid Qurbanovu tənqid etmək olar, amma Həbib Misirovu yox!
Mövzuya qayıdacağıq…