Axtarış...

Naxçıvan DİN-in əlindən qaçın ERMƏNİLƏRƏ SIĞINDI... - ŞOK MƏLUMAT

Naxçıvan DİN-in əlindən qaçın ERMƏNİLƏRƏ SIĞINDI... - ŞOK MƏLUMAT


Dünəndən Naxçıvan DİN-nin rəhbərliyi tikan üstündə oturub. Buna səbəb Ordubad rayonunun Gilançay kəndinin Vəli Əliyev (ad şərtidir) adlı sakininin yoxa çıxmasıdır.

Soruşa bilərsiniz: Naxçıvandan gündə yüzlərlə, minlərlə adam cəlai-vətən olub xarici dövlərlər qaçır, dolayısıyla “yağlı əppək” olub göyə çəkilir. Burda nə var ki, Vəlinin yoxa çıxması Naxçıvandakı istibdad rejimini bu qədər narahat etsin?

Məsələ burasındadır ki, Vəlinin yoxa çıxması Naxçıvan əhlinin alnına yazılmış gündəlik hadisələrdən deyil. Əvvəla, ona görə ki, Gilançay sakini Muxtar Respublika DİN-in sıxışdırması nəticəsində və polislərin əlindən yaxasını qurtararaq kənddən qaçıb. İkincisi ona görə ki, Vəli qaçarkən üzünü nə İrana, nə də Türkiyə, məhz Ermənistan istiqamətinə tutub.

Hadisənin təfsilatına gəlincə, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindəki adının çəkilməsini istəməyən mənbəmizdən aldığımız məlumata görə, Ordubad rayon sakini 55 yaşlı Vəli Əliyevin evində axtarış aparılarkən külli miqdarda silah-sursat aşkarlanıb. Maraqlıdır ki, axtarışı Ordubad rayon Polis İdarəsi yox, Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları aparıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 450 ədəd istifadəyə yararlı mərmi, 2 ədəd ov silahı, 2 ədəd kamuflaj geyimi, 3 ədəd ov üçün tələ və 60 kq ov əti (dağ keçisi) aşkar edilərək götürülüb. Bundan sonra vətəndaş Naxçıvan şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilib. Hadisə ilə bağlı 1-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Şəmsi Mirzəliyev Naxçıvan MR Daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılova məruzə edib. Rəşad İsmayılov isə öz növbəsində şəxsin əməlində cinayət tərkibi olduğunu bildirib və vətəndaşa yalnız bir yolla bağışlana biləcəyi mesajını çatdırıb: külli miqdarda əfv pulu. İddiaya görə, Naxçıvan 1-ci Polis Bölməsinin əməkdaşları saxladıqları vətəndaşa açıq-aşkar bildiriblər ki, cənab nazir Rəşad İsmayılov özünə yeni villa alır və pulu da ona görə istəyir.

Vətəndaş Vəli Əliyevin isə “tamahkarı hiyləkər aldadar” məntiqindən çıxıb edərək, “cənab nazir”i “dimdiyindən tora salmaq” planı qurub. Polislərə evində 2 ədəd istifadəyə yararlı SVD snayperinin və 1 ədəd Kalaşnikov avtomatının olduğunu bildirib və sərbəst buraxılacağı təqdirdə onları da könüllü təhvil verəcəyini deyib. Məsələ yenidən nazir Rəşad İsmayılova məruzə edilib və Rəşad müəllim də buna razılıq verib.

Beləcə, dünən 05.04.2022 ci il tarixdə polis əməkdaşları Vəli Əliyevlə birlikdə onun evinə tərəf yola düşüblər. Vəli Əliyev yaşadığı kəndin girişinə çatanda yolun kənarındakı atı göstərərək polis əməkdşalarına bir ricada bulunub: "Atım bir neçə gündür orada bağlıdır. İcazə verin, ona su verim gedək". Polis əməkdaşları isə buna razılıq veriblər. Atın yanına çatan Vəli Əliyev ata minərək Azərbaycan-Ermənistan sərhədinə doğru çapıb. Səhər saatlarından etibarən Naxçıvan Şəhər Polis İdarısinin, Ordubad Rayon Polis Şöbəsinin, Daxili Qoşunları Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının əməkdaşları sərhəd boyu Vəli Əliyevi axtarıblar. Hətta axtarış tədbirlərində Naxçıvan MR daxili işlər naiziri Rəşad İsmayılov da iştirak edib. Amma nə atı, nə vətəndaşı gördüm deyən olmayıb. Naxçıvan DİN-i ən çox narahat edən də elə vətəndaşın Ermənistana keçmə ehtimalıdır.

Mənbəmiz çiçəyi burnunda olan nazirin səhlənkarlığının bütün günahını Ali Məclisinin hüquq şöbsəsinin müdiri Cəlil Rüstəmovda görür. “Niyə”sini isə belə əsaslandırır:

“Rəşad İsmayılovun pul hərisliyi ucbatından bir vətəndaş məcbur olaraq Ermənistana tərəf qaçıb. Həmin vətəndaşın sağ və ya ölü olması məlum deyildir. Naxçıvan Ali Məclisinin hüquq şöbsəsinin müdiri Cəlil Rüstəmov "polis sahə inspektorlarına çanta verərkən" bundan əvvəlki iki nazirin fəaliyyətini yarıtmaz olaraq qiymətləndirmişdi. Hörmətli Cəlil müəllim, istər Əhməd Əhmədov, istərsə də Fazil Ələkbərovun qondarma da olsa generallıq və nazirlik təcrübəsi var idi. Sənin kirvən olan Rəşad İsmayılovun isə heç bir idarəetmə qabiliyyəti yoxdur. Cəlil Rüstəmov və Rəşad İsmayılov siz nə bilirnisiz axı dövlət nədir, dövlətçilik nədir, dövlət idrarəetməsi nədir?”.

Mənbəmiz sonda söz verdi ki, Rəşad İsmayılov nazir təyin olunandan bəri keçən son 3 ay ərzində Naxçıvan DİN-də kimlərdən nə qədər rüşvət alındığı barədə bizə müfəssəl məlumatlar verəcək:

“Fazil Ələkbərov güya "pul haqq-hesabına" görə vəzifəsindən azad oldu. Ay, Cəlil və Rəşad müəllim, sizin Fazil Ələkbərovdan, Mustafa Mustafayevdən, Elnur İsmayılovdan fərqniz nədir?”.

Naxçıvan MR DİN-nin və el arasında “Gestapo” ləqəbilə məşhur olan Cəlil Rüstəmovun bu suala cavabını məmnuniyyətlə dərc etməyə hazırıq. //OVQAT.COM//
Text-to-Speech

DİNLƏ






Şərh yaz