Axtarış...

Canavar sürüsünün hücumuna məruz qalan Ordubad sakinlərindən XƏBƏR VAR

Canavar sürüsünün hücumuna məruz qalan Ordubad sakinlərindən XƏBƏR VAR

Naxçıvanın Ordubad rayonunda canavar sürüsü insanlara hücum edib.

Trend-in məlumatına görə, hadisə Yuxarı Əylif kəndində qeydə alınıb. Canavarların hücumu nəticəsində iki böyük, iki azyaşlı olmaqla ümumən 4 nəfər xəsarət alıb.

Naxçıvan təcili tibbi yardımdan Trend-ə bildirilib ki, onlar 1977-ci il təvəllüdlü Bədəlov Əli Məcnun oğlu, 1966-cı il təvəllüdlü Məmmədov Əkbər Cavad oğlu, 2008-ci il təvəllüdlü Qəhrəmanov Təyyar Əbülfəz oğlu və 2005-ci il təvəllüdlü Qəhrəmanova Məryəm Rafiq qızıdır.

Hazırda həmin şəxslərdən bir nəfəri, M. Qəhrəmanovanın vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Digər şəxslərdən birinin isə vəziyyəti nisbətən ağır olduğundan Naxçıvan şəhərinə göndərilib.

Qeyd edək ki, hadisə may ayının 27-də baş verib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz