Azərbaycan Respublikası Prezidenti İlham Heydər oğlu Əliyev Cənablarına
Təbib və İcbari Tibbi Sığorta Agentliyinə Lənkəran şəhəri Ailə Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən
Şikayət
Yazıb bildirmək istəyirik ki, Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinik şöbəsində sahə həkimi işləyən bir qrup həkimi 2020-ci ildə Mərkəzi Xəstəxananın poliklinik şöbəsindən 4 km uzaqlıqda qapısında xəstə gəlişi üçün maşın yolu olmayan heç bir laborator, instrumental müayinələr olmayan, şəraitsiz,susuz, istiliksiz bir müəssisəyə köçürərək "Siz artıq ailə həkimlərisiniz” adıyla Rayon Mərkəzi Xəstəxanasından uzaqlaşdırdılar. Bir otaqda 3 həkim, 6 tibb bacısı olaraq yerləşdirilən bu müəssisədə həkim olaraq bütün səlahiyyətlərimiz əlimizdən alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İcbari Tibbi Sığorta üzrə Xidmətlər zərfindəki 10 yanvar 2020-ci ilə aid ən son qərarı ilə ailə həkimlərinin səlahiyyətləri haqqında qanun Lənkəran səhiyyəsində hal-hazırda heç bir əhəmiyyət kəsb etmir və icra edilmir. Lənkəran səhiyyəsi hal-hazırda bir iki vəzifəli şəxsin qoyduğu qanunlarla idarə olunur. Bir ali savadlı, hər 5 ildən bir sertikasiya imtahanı verən həkimlər kimi bu qanunsuzluqlara son qoyulmasını və buradakı, özbaşınalıqların araşdırılmasını xahiş edirik.
Ailə Sağlamlıq Mərkəzi hazırda yalnız ölən xəstələrin arayışlarını yazmaqla məşğuldur. Ölən insanların anketləri, hansı səbəbdən öldükləri barədə bütün məlumatlar RMX-nın poliklinik şöbəsində saxlandığı halda bu anketlər bizə verilmədən qanunsuz olaraq ölüm haqda arayış yazmağa məcbur edilirik. İcbari Tibbi Sığorta qaydalarına görə ailə həkiminin göndərişi ilə xəstələr pulsuz müayinə və müalicə edilir. Hal hazırda heç bir xəstə deyə bilməz ki, Lənkəranda İTS-in xidmətlər zərfindən yararlanıb. Ailə həkimi olaraq bizim vəzifələrimizin alınması ilə bağlı müraciət etdiyimizdə isə müdriyyət tərəfindən heç bir qanuni sənəd təqdim olunmadı. İlk öncə poliklinika şöbəsinin müdiri Zair Axundov sizin səlahiyyətləriniz alındı dedikdə bunun hansı qərara görə edildiyini soruşduqda, o bizə bunun Taleh Məmmədov tərəfindən qərar verildiyini açıqladı. Həkimlər olaraq hüquqlarımızı tələb etmək üçün Taleh Məmmədova müraciət etdikdə, onun bu barədə məlumatının olmadığını söylədi. ASM –in işləri ilə mən məşğul olmuram deyərək bizi Malik Məmmədova yönləndirdi. Malik Məmmədov isə hələ təzə olduğunu və bu haqda heç bir məlumatının olmadığını söyləyərək bizi baş həkim Əbülfət Məmmədova yönləndirdi. Əbülfət doktor da öz növbəsində bu haqda məlumatsız olduğunu söyləyərək bizi ciddi qəbul etmədi. Səhiyyənin bu cür məsuliyyətsiz qərarlarının kimin tərəfindən verildiyi hələdə məlum deyil. COVİD 19 dövründə karantin xəstəxanalarında gecə gündüz çalışan, peyvəndləmə prosesində yaxından iştirak edən, COVİD-li xəstələrin müalicəsində ,onlara dərman çatdırılmasında iştirak edən həkimlər kimi səlahiyyətlərimizin bərpasını tələb edirik. "Siz artıq ASM-in həkimisiniz xəstə müalicə edə bilməz,müayinəyə göndərə bilməzsiz” deyilən həkimlər kimi bunun nə dərəcədə doğru olduğunu bilmək haqqımızdır. Ailə həkimlərimiz təhkim olunan hər xəstə üçün 16 azn illik həvəsləndirici bonuslar kimin cibinə gedir bilmək istəyirik.Mingəçevir, Yevlax, Quba rayonlarında icra edilən qanunlar Lənkəranda da işləməsini istəyirik .
Ailə həkimiləri
Kərimov Hakim
Səmədov Fərasət
Xəlilov Cavid
Əhmədova Ehtiramə
Əliyeva Şəbnəm
Məmmədova Aysel
Sadiqzadə Nərmin
Tağıyeva Dilşad
Hüseynova Sona //miq.az//