MilliTV.az
Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb.
Reportun verdiyi məlumata görə, Xudat Şəhər Mərkəzi Xəstəxanasının Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan həkimləri təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.
Hadisə nəticəsində biri sürücü olmaqla yeddi nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.