Hacıqabul rayon Həmkarlar Təşkilatının sədri Kifayət Əmirbəyova üzvlükdən çıxmaq istəyənləri təhdid edir.
TİA.Az məlumat verir ki, bu haqda Müşviq Nağıyev adlı şəxs ” Təhsil forumu” səhifəsində yazıb. Onun sözlərinə görə, həmkarlar təşkilatından çıxmaq istəyən müəllimlərlə kobud davranır, acılayır və hədə-qorxu gəlir:
“Deyir ki, gələcəm məktəbinizə və sizi öyrədən virusu tapıb başına oyun açacağam. Hansı ki müəllimlərin heç bir ərizəsi və imzası olmadan pul tutur” .