Axtarış...

“Luxe Home” vətəndaşın başına OYUN AÇIR - NARAZILIQ!

“Luxe Home” vətəndaşın başına OYUN AÇIR - NARAZILIQ!

“Nərimanov rayonu Vladimir Mayakovski küçəsi 7 ünvanında yaşayıram. 2 ildən çoxdur “Luxe Home” MMC evimin düz yanında hündürmərtəbəli bina tikir. Aramızda 1 metr məsafə var. Evimin divarlarını hər tərəfdən zədələyiblər, evimin dam örtüyü deşik-deşikdir, yağış, qar olan kimi su evimin içinə keçir. 2-ildir səs-küy, işçilərin söyüşləri, qalmaqalları olan şəraitdə yaşayırıq. Mənə etmədikləri pisliklər yoxdur. İndi də məhkəmə vasitəsilə istəyirlər mənə təzyiqlər edib, evdən çıxarsınlar. Aidiyyatı qurumların heç biri şikayətimə baxmır, ona görə də sizdən kömək gözləyirəm”.

Millitv.az xəbər verir ki, bunu moderator.az-a şikayətçi Cəlil Rəşidov deyib. O daha sonra əlavə edib.

“Tələbim odur ki, evimə vurulan ziyanı ödəsinlər, divarları təmir etsinlər. Fövqəlada Hallar Nazirliyinə, Şəhərsalma və Arxitektura Komitəsinə, Baksovet, Nərimanov Rayon İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyinə və s. yerlərə müraciət etmişəm, nəticəsi olmayıb. Hamısının da məndə məktubları var. Nəriman Rayon Məhkəməsi mənim ziyanıma haqsız qərar çıxarıb, indi də işim Apellyasiya Məhkəməsindədir” deyə şikayətçi bildirib.

Tikinti gedən ərazidən fotoları sizlərə təqdim edirik.

“Luxe Home” vətəndaşın başına OYUN AÇIR - NARAZILIQ!
“Luxe Home” vətəndaşın başına OYUN AÇIR - NARAZILIQ!
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz