Axtarış...

ABŞERONU QARIŞ – QARIŞ SATANLAR, yaxud ABŞERONU “BATIRANLARI” KİMLƏR HİMAYƏ EDİR?

ABŞERONU QARIŞ – QARIŞ SATANLAR, yaxud ABŞERONU “BATIRANLARI” KİMLƏR HİMAYƏ EDİR?


Abşeron rayonunun bir sıra qəsəbələrində qanunsuz tikintilərin aparıldığı barədə məlumat vermişdik. Reallıq.Tv – nin apardığı araşdırmalar zamanı ortaya çıxan faktlar baş verənlərə hüquqi qiymət verilməsini zəruri etsədə, aidiyyatı qurumlar susmağa üstünlük verdi.

Abşeron rayon sakinlərinin Reallıq.TV – yə müraciətlərinin çoxalması bir daha cəzasızlıq mühitindən yararlanan makler şəbəkəsinin qanunsuz fəaliyyətinin genişlənməsini göstərməkdədir. Rayonun təkcə Masazır qəsəbəsində aparılan qanunsuz tikintilərin sayı heyrət doğurur. Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan aparılan tikintilərin qarşısını almaq mümkünsüz görünür. Burda bir qrup dələduz MAKLERin bu qədər özbaşınalıq edə biləcəyi təbii ki, real görünmür – mütləq və təkzibolunmazdır ki, bu şəbəkənin arxasında daha böyük fiqurlar var və onlar ölkə qanunlarına hörmətsizlik hesabına varlanmaqdadırlar. Reallıq.tv – yə daxil olan və araşdırılmaqda olan faktlar növbəti həftələr geniş öxucu kütləsinə və aidiyyatı qurumların diqqətinə çatdırılacaq. Məsələnin digər tərəfi var və bu mənada yaranmış narazılıqlara münasibət bildirmək zərurətə çevrilir.

Bir müddət öncə Abşerona icra başçısı təyin olunan Abdin Fərzəliyevin ilk qərarı rayonda aparılan qanunsuz tikintilərin dayandırılması idi. Lakin və təəssüf – icra başçısı çox keçmədi ki, heç bir icazəsi olmayan və ya 3 mərtəbə üçün sənədləri olan, amma 7 və daha artıq mərtəbələrlə ərsəyə gələn tikintilərin yenidən başlanmasına etiraz etmədi. Deyilənlərə inansaq, Abdin Fərzəliyevin “sağ əli” deyilən Nurlan Həsənovun razılığı ilə başlanan qanunsuz tikintilər nə az, nə çox – 300 – 400 min manat “hörmət” hesabına ərsəyə gələcəkmiş. Mərtəbəsinə görə artan “hörmətin” fəsadları məlumdur. Təkcə Masazır qəsəbəsində tikilən hüdürmərtəbəli binalara nəzər salanda məlum olur ki, dələduz makler şəbəkəsi qəsəbənin memarlıq və arxitektur görünüşünü pozmaqla, insanların həyatı üçün də təhlükə yaratmaqdadır. Masazır qəsəbəsinin mərkəzi yolun ətrafında göbələk kimi tez peyda olan tikintilərin təhlükəsizlik qaydalarına cavab vermədiyini mütəxəssislər də qeyd etməkdədir. Belə həyacan siqnalı ortada varkən dələduz MAKLER ŞƏBƏKƏSİNİN əməllərinə niyə hüquqi qiymət verilmir sualına cavab axtarmaq şərtə çevrilir.
ABŞERONU QARIŞ – QARIŞ SATANLAR, yaxud ABŞERONU “BATIRANLARI” KİMLƏR HİMAYƏ EDİR?

Qeyd etdiyimiz bir fakt təkzib olunmur – Makler şəbəkəsini himayə edənlər var və onların bir qrupu Sumqayıt icra başçısı Zakir Fərəcova pul qazandırırsa, digər qrublar başqa yüksək rütbəlilərə xidmət edir. Suallar çoxdur, cavab axtarmalı və verməli olan şəxslər də çoxdur. Lakin hamını narahat etməzdən öncə, ilk sual Abşeronun yeni icra başçısı Abdin Fərəzliyevə ünvanlanmalıdır: Abdin müəllim Abşeron niyə “BATIR”?

Qarşıdakı günlərdə Abşeron rayonunda həyata keçirilən qanunsuz tikintilərin video və foto görüntülərinin, makler şəbəkəsinin hansı adlarla tikinti aparmalarını diqqətinizə təqdim edəcəyik.

Reallıq.TV
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz