Axtarış...

Qubanın icra başçısı Ziyəddin Əliyevin Ukraynada daha bir şirkəti üzə çıxıb - İDDİA

Qubanın icra başçısı Ziyəddin Əliyevin Ukraynada daha bir şirkəti üzə çıxıb - İDDİA


Qubanın məşhur icra başçısı Ziyəddin Əliyevin Ukraynada daha bir şirkəti üzə çıxıb.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.

Onun sözlərinə görə, icra başçısının ölkə xarıcində (Çexiya, Avstriya və Ukrayna) milyonlar yatırdığı şəxsi biznesi haqqında qalaq-qalaq sənədlərlə yazıb:

Təkcə Ukraynadakı asfaltzavoda 7 milyon avro yatırdığını bilməyən yoxdur. Onun indiyədək Ukraynada 6, ümumən xaricdə 8 şirkətinin olduğu məlum idi.

Ziyəddin Əliyev Ukraynada müharibədən bir qədər qabaq, müharibə hazırlıqlarının getdiyi vaxtlarda daha bir şirkət açıb. Adamın nə müharibə qorxusu, nə vəzifə hürküsü var. Ukraynada sayca 7-ci olan RANZ LLC (ТОВ РАНЗ) ötən il iyulun 17-də Lvov vilayətinin Mikolayev rayonu Qruşevsk prospekti 1A/14 ünvanında hüquqi qeydiyyata alınıb.

İcra başçısının Lvov vilayəti, Pustomitivsk rayonu Zimna Voda kəndi, Opilskoqo küçəsində müvəqqəti qeydiyyatda olan oğlu Nicat Əlibəyli ötən ilin dekabrında şirkətin benefisiarı qismində təsdiq olunub. Şirkətin nizamnamə kapitalı 10 483 200 qrivna (müharibədən əvvəlki kursla 400.000 dollara yaxın) təşkil edir.
Qubanın icra başçısı Ziyəddin Əliyevin Ukraynada daha bir şirkəti üzə çıxıb - İDDİA
Qubanın icra başçısı Ziyəddin Əliyevin Ukraynada daha bir şirkəti üzə çıxıb - İDDİA

Bəs Ziyəddin müəllimin yeni şirkəti Ukraynada nə ilə məşğuldur? Reyestr məlumatlarına görə RANZ LLC tikinti texnikası və avadanlıqlarının kirayə və lizinqi ilə məşğuldur.

“RANZ” – Rəşad and Nicat Ziyəddin (oğulları)nın abbreviaturasıdır.
Qubanın icra başçısı Ziyəddin Əliyevin Ukraynada daha bir şirkəti üzə çıxıb - İDDİA

Yeri gəlmişkən, bu martın 16-da RANZ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 10 manat nizamnamə kapitalı , BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 44, m. 4 ünvanında da qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi XAQANİ ABBASƏLİYEV ƏLİ OĞLU adlı şəxsdir.

Hələ ötən ilin aprelində eyni şəxsin qanuni təmsilçiliyi ilə icra başçısının özünün və ailə üzvlərinin qeydiyyatda olduğu ünvanda (BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLAĞA KÜRÇAYLI ev.7 m.45.) Ziyəddin Əliyevin Ukraynadakı “ALOV-BUD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI qeydiyyata alınıb.
Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərinin yenilənmiş siyahısı:

1. ALOV ASFALT ZAVODU
2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ
3. “ALOV” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
4. “ALOV TİCARƏT EVİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
5. “ALOV-BUD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.
7. RANZ LLC”.

Jurnalist icra başçısının biznesi ilə bağlı daha bir ilginc məqamı da diqqətə çatdırıb:

“Qubanın icra başçısının ölkə xaricində açdığı şirkətin nizamnamə kapitalı 400 min dollar, eyni adla Azərbaycanda təsis etdiyi şirkətin nizamnamə kapitalı 10 manat!”....AzToday.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz