Rusiya Ukraynanın Xmelnitski regionunun Starokostyantinov şəhərinin aerodromuna raket zərbəsi endirib.
Bu barədə şəhərin meri Nikolay Melniçuk “Facebook” hesabındakı paylaşımında bildirib.
O qeyd edib ki, müharibənin lap əvvəlindən şəhərə raket zərbələri endirilib, lakin bu günkü hücum çox ciddi olub və nəzərəçarpan zədəyə səbəb olub.
Melniçuk əlavə edib ki, Rusiya qüvvələri strateji ehtiyat kimi saxlanılan bütün yanacaq və sürtkü materialları anbarlarını tamamilə dağıdıb.