Millitv nin aran bürosunun verdiyi məlumata görə Kürdəmir rayonunun Mollakənd adlanan kəndinə toy mərasiminə gedən vətəndaş toydan geri qayıdarkən qəzaya uğrayıb. Hadisə Hacıqabul rayonu Muğanlı kənd şose yolunda Opel Astra markalı avtomabil ilə qazelin toqquşması nəticəsində baş verib.
Qəza nəticəsində avtomabili idarə edən sürücü kəllə beyin travması və avtomabildə olan digər şəxslər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Hadisə yerinə yol polis xidmətinin əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Yaralılar dərhal təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri polis orqanları tərəfindən araşdırılır.