Vergilər Nazirliyinin müvafiq strukturlarının MBNP tərəfindən İDXALÇI və İSTEHSALÇI şirkətlərə təqdim edilmiş Şərab aksiz markasını(10 qəpik ), Araq aksiz markası(2 -10manat)-ndan ayırd edə bilməməsi ölkə bazarında SÜNİ BAHALAŞMA (İNHİSARÇILIQ ) yaradan ən böyük faktorlardandır. Vergilər Nazirliyi müvafiq strukturu bunun günahını "XÜSUSİ DAŞINMA NİŞANLARI "haqqında qanunun hələ də qəbul edilməməsində görür. DGK rəsmiləri də buna nədənsə göz yumur.
DGK -nın rəsmi səhifəsinə baxsaq, Şimal-qərb regionunda tez-tez 100-150 şüşə aksiz markasız spirtli içkilərin müsadirə olunduğunu görərik: Sərhəd buraxılış məntəqəsində deyil, ölkə daxilində. Lakin DGK -nın ƏMƏLIYYAT VƏ İSTINTAQ BAŞ İDARƏSI onlara ünvanlanan "ÖLKƏ DAXİLİNDƏ SAXTA AKSİZLİ SPİRTLİ İÇKİLƏR İSTEHSAL EDİLMƏKDƏDİR" məlumatlarını qulaq ardı edir və vətəndaşın səhifəsini BLOK edir.
Prezident İlham Əliyev belə, bu məsələyə dair kəskin iradını bildirib...
Gördüyünüz kimi, bu fakt belə deməyə əsas verir ki, aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı nəticəsində vergidən yayınma hallarına yol verilir. Əslində, bütün bunlar "kölgə" iqtisadiyyatının yaratdığı mənfi fəsadlar kimi dəyərləndirilməlidir. İş o yerə çatıb ki, artıq Prezident İlham Əliyev belə, bu məsələyə dair kəskin iradını bildirib. Belə ki, oktyabrın 9-da dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı prezident qeyd edib ki, həm istehsalatda, həm uçotda, həm də aksiz markalarının yapışdırılmasında bir çox boşluqlar var idi: "Sanki kimsə bu boşluqları qəsdən edirdi ki, orada qeyri-şəffaf vəziyyət yaradılsın. Mən buna başqa bir izahat verə bilmərəm. Çünki o qədər çətin olmayan, yəni, böyük intellektual potensial tələb etməyən məsələlər var və elə bil onlar qəsdən edilib qatmaqarışıq salınsın ki, burada həm vergilərdən yayınsınlar, həm də qanunsuz istehsalla məşğul olsunlar. Şərab əvəzinə araq istehsal olunurdu. Məsələ çox ciddi araşdırılır. Bu sahədə tam şəffaflıq təmin edilməlidir. Şərab zavodlarının fəaliyyəti üçün bütün şərait yaradılıb, təki onlar təmiz işləsinlər. Əgər yenə məhsulları gizlədəcəklərsə, uçota düşməyən məhsulu satacaqlarsa, onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər. Burada tam şəffaflıq olmalıdır. Bu, çox gəlirli sahədir. Sadəcə olaraq, gərək sahibkarlar öz tamahlarını cilovlaya bilsinlər".
Prezident İlham Əliyev belə, bu məsələyə dair kəskin iradını bildirib...
Məlumat üçün bildirək ki, aksiz markası siqaret və tütün məhsullarının, o cümlədən spirtli içkilərin istehsal və idxal həcmini, miqdarını müəyyən etmək, bu məhsulların dövriyyəsini tənzimləmək üçün mühüm vasitədir. Qeyd edək ki, aksiz markaları adıçəkilən növ məhsulların istehsalı və ya idxalı ilə məşğul olan müəssisə, həmçinin fiziki şəxslər tərəfindən Maliyyə Nazirliyinə sifariş əsasında hazırlanır. Xarici ölkələrdə hazırlanaraq ölkəmizə gətirilən markalar isə lotereya, pul əskinasları, istiqraz və digər qiymətli kağızlar qrupuna aid edildiyindən, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmaqla, malların mənşəyinə uyğun olaraq siyahı üzrə nömrələrin satışı təşkil edilir. Beləliklə, aksiz markası sifarişçinin tələbindən asılı olan sayda çap edilir və ona çatdırılır. Onu da nəzərinizə çatdıraq ki, ölkəmizdə istehsal olunan mallara aksiz markaları istehsal müəssisəsi tərəfindən onun yerləşdiyi ərazidə yapışdırılır. Xarici ölkələrdən Azərbaycana gətirilən mallara görə aksiz markaları isə yerli istehsalçı tərəfindən sifariş verilir. Bu cür malların markası idxal markası kimi qeydə alınır və malı idxal edən şəxs tərəfindən gömrük orqanlarının əməkdaşlarının nəzarəti altında yapışdırılır.
Prezident İlham Əliyev belə, bu məsələyə dair kəskin iradını bildirib...
Beləliklə, həm istehsal, həm də idxal məhsulu üzrə aksiz markası müvafiq dövlət qurumları tərəfindən siyahı üzrə qeydə alındığı üçün onların sayı barədə müfəssəl məlumat olur. Lakin buna baxmayaraq, bəzi işbazlar müxtəlif maxinasiyalara əl ataraq daha ucuz qiymətə başa gələn şərab aksizi ilə araq satırlar. İstehlakçılar isə bunun fərqinə belə, varmırlar. Əslində, bu, heç mümkün də deyil. Çünki şərab ilə arağa verilən aksiz markasının xarici görünüşü bir-birindən fərqlənmir. Məhz bundan yararlanan işbazlar, o cümlədən bazarda inhisarçı mövqeyə sahib olan bəzi iri şirkətlər şərab aksizi ilə araq satmaqla asan yolla külli miqdarda gəlir əldə edir, dövlətə isə bir o qədər ziyan vururlar. Bununla bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, monopolist şirkətlərin bir qismi şərab istehsal etdiyini bəyan edərək 1 litr üçün 10 qəpik ödəməklə aldıqları aksiz markasını sonradan arağın üzərinə vururlar. Əslində isə arağın aksiz markası 1 litr üçün şərabın aksiz markasından azı 20 dəfə bahadır. Hələ bu, harasıdır. Əksər hallarda sahibkarlar istehsal prosesində kiçik həcmli 100 qr və 250 qr şüşə tarasından istifadə olunduğu bildirsələrdə, əldə olunan aksiz markaları daha böyük həcmli taralara vurulur. Məhz bu cür yollarla milyonlarla vəsait büdcədən yayındırılır. Əslində, bütün bunlar onu deməyə əsas verir ki, külli miqdarda gəlir gətirən aksiz markaları biznesi hansısa nüfuzlu şəxs və ya qurumların nəzarətində olduğundan, müvafiq orqanlar bu sahədə yaşanan neqativ halları, yeyinti faktlarını görməzdən gəlir.
Bakunews.az