Axtarış...

Tovuzda sahibkarı incidən KİMDİR? - İlginc TƏFƏRRÜAT

Tovuzda sahibkarı incidən KİMDİR? - İlginc TƏFƏRRÜAT


Tovuz rayon Qovlar şəhəri K,Məmmədov küçəsi ev 49 da yaşayan Tovuz rayon sahibkarlar şurasının sədri “5 ilin ən yaxşı sahibkarı nominasiyasının qalibi” Hüseynov İsmayıl Qara oğlu mətbuata müraciət ünvanlayıb. İsmayıl Hüseynov bildirib ki, ailəsinə külli miqdarda ziyan vuran Sevil Hacıyeva haqqında Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarziə İdarəsində cinayət işi açılıb. Bütün bunlarla kifayətlənməyən Sevil Hacıyeva İsmayıl Hüseynovun "Hürriyyət"də onun haqqında dediyi fikirləri şər-böhtan adlandıraraq məhkəməyə müraciət edib. Bu haqda əvvəlki yazılarımızda da bəhs etmişik.

Var-dövləti mənimsənilən sahibkar saytımız vasitəsilə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət ünvanlayıb:

"Cənab Baş Prokuror mən Ulu Öndərin 1998-ci ildə sahibkarla görüşəndə mənim çıxışımdan sonra mənə k/t Nazirinə və İqtisadi İnkişaf Nazirinə Ulu öndər göstəriş verdi. Busahibkarlarla əlaqə yaradın. Ondan sonra mənə 500.000 Azn kredit verdilər. 0,07 % lə Respublikada ən böyük sahibkar oldum. Cənab Prezident H.Əliyev özü baxdığı Qovlar şəhərindəki kökəltmə məntəqəsi Respublikanın qərb zonasında ən böyük heyvandarlıq kompleksi oldu. Məmurların biri dedi buranı mənə ver, buranı mənə ver, buranı “ günəbaxan yağı” üçün zavod edəcəyəm. Biri dedi “ Mal bazarı, başqa birisi” Yaşayış kompleksi tikəcəm. Həmin dövrdə mənim 8.000 qoyun-quzum, 1000 baş iri malım var idi. Mənim qohum məmurlar, dolayı yollarla iki oğlumu (cəmi iki övladım) həbs elətdirdilər. Sabiq D/Y un rəisi Arif Əskərovun şoferinin imzası ilə, 25.000 Azn, üzünə durdu ki, məndən pul alıb vermir. Oğlum İstambuldan Bakıya gələndə gömrükdən həbs elədilər. İkinci oğlum iş adamı idi. Başqa birisinin əli ilə Qazaxıstanın Astana şəhərindən təcili gətirdilər, həbs elətdirdilər. Hamısı sifariş ilə oldu. O, işlə əlaqədar vəkil tutdum. Bu 4 № li vəkil bürodan Hacıyeva Sevil Balasultan qızı idi. O, elə düzdü-qoşdu Tovuzdakı evimin yeganə “çıxarışlı” yaşayış evimin iki qocanın qaldığı və oğlum Hüseynov Rahib İsmayıl oğlunun adına olan evimi Sevil Hacıyeva 56 yaşlı, iki nəvəsi olan vəkil 39 yaşlı oğlumla məqsədli şəkildə kəbin kəsdi. (türmədə olan vaxt). Əmlakları öz adına keçirdi ki, Sizə “İran Milli Bankı” ilə əlaqəm var. Kredit düzəldəcəm , sonra da kredit düzəlmədi. İki oğlumun həbsindən sonra Heyvandarlıq kompleksini 150.000 AZN satdı. Gəncə Asan xidmətdə . İçindəki çoxlu sayda texnikasını da ayrıca satdı. 65 ha özəl torpağımı da satırdı ki, İman Nağıyevlə danışmışam Apelyasiya məhkəməsində oğlanlarını buraxdıracam.

Kəntdəki (Qovlardaki) evimi də ailəsi xaricdə “Vyana” şəhərində yaşayan özüdə gah orada, gah da burada (Bakıda) yaşayan Bakıda sələmçiliklə məşğul olan, Vyanadan Bakıya çoxlu pul gətirib faizə pul verir. Hər dəfə gələndə 5 milyon pul gətirir. Azərbaycanda “Vyana İlqar” Sevil Hacıyeva ilə birləşib evimi İlqarın oğlu Quliyev Kənan İlqar oğlunun adına çıxarış alıb. Sevilin köməyi ilə. İndi evimi satışa çıxarıb. Bu haqda video disk, flaş kart var. Sevil və İlqar birləşib, Qovlar şəhərində olan evimin həm çöl, həm də iç kilidlərini sındırıb evin içinə giriblər. İndi Sevil Hacıyeva deyir ki, ev mənimdi satıram. Sevil Hacıyeva deyir ki ev mənimdi satıram. Sevil mənim 476.000 Azn pulumu mənimsəyib, sağa sola xərcləyir.

Cənab Baş Prokuror ! Mənim iki oğlumu 30-40 min Azn pulla tez həbs elədilər. Bu “ vəkil” Sevil Hacıyeva 476.000 Azn pul daşınan-daşınmaz əmlakla 9-10 aydır istintaqı gedir, Nəsimi rayonu da və Korrupsiya idarəsində haqqında 3 maddə ilə cinayət işi açılıb, vəkillərdən xaric olunub, yenə heç kim qaşın üstə gözün var demir. Sabiq “vəkil” deyir Mənim arxamda elə adam var, o qoymaz mən həbs olunam. Mənə deyir özü də sənin qohumlarındı deyir.

Cənab Baş Prokuror ! İşin İstintaqını aparan müstəndiq eləbil Sevildən qorxur. Mənim oğlanlarım istintaqa Kürdəxanı Təcridxanasından gəlib-gedirdi. Bu isə mənim pulum cibində, “ Qalan Vagen” maşınla bahalı gəlib gedirdi. Bu “vəkili” Sevil Hacıyevanı həbsə salmaq çox çətin imiş. O, bir dələduz, sabiq vəkiln deyirlər ki, heş Ali təhsili yoxdur. Heç bir Xarici dili bilməyən bu dələduz rus dilində necə təhsil ala bilər. Bu dələduz haqqında çox şikayət var. Çox xahiş edirəm bu dələduz haqqında təili tədbir görülməsi üçün göstəriş verəsiniz". //hurriyyet.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz