Son zamanlar Kür çayında suyun səviyyəsi təbii səbəblərdən azalsa da Kürətrafı rayonların sakinlərinin əkin sahələrini suvarması üçün kanallara kifyət qədər su verilir. Lakin ərazilərdəki balıq göllərinin sahiblərinin bu kanalların suyundan qanunsuz istifadəsinə görə yerli əhali susuzluqdan əziyyət çəkir.
Belə ki, Salyanda kənd sakinləri Kürdən su vurulan kanalda 1 km-dən sonra suyun tamamailə azalmasından şikayətçidirlər.
Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsi ərazidə tez-tez reydlər keçirir,amma ərazidə yenə də kanaldan balıq göllərinə qoşulmalar çoxdur.
Sakinlər Bölgə Tv-yə bildirdilər ki, onlar kanal suyundan əvvəllər təsərrüfatda,suvarma üçün, məişətdə istifadə edirdilər. Kanalın suyundan 2-3 kəndin sakinləri suvarma üçün istifadə edib.
Amma ərazidə 100-lə balıq gölləri kanalın suyundan qanunsuz istifadə etdiyinə görə bu artıq mümkün deyil.
Ümid edirik Ekologiya və Təbii Sərvətlər Nazirliyi problemlə bağlı tezliklə tədbir görəcək və balıq göllərinin sahiblərinin sudan qanunsuz qoşulmalarının qarşısı alınacaq.Yaxın günlərdə məsələ ilə bağlı geniş reportaj hazırlayacağıq.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Bolgexeber.com