Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 17 574 vaksin vurulub. Gün ərzində birinci doza vaksinlərin sayı 868, ikinci doza vaksinlərin sayı 1 729 təşkil edib.