Axtarış...

“İşıq və qaza qoyulan limitlər ləğv edilsin!” – Əhali çətinlik çəkir

“İşıq və qaza qoyulan limitlər ləğv edilsin!” – Əhali çətinlik çəkir

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmli parlamentin dünən baş tutan iclasında qaz və işıq pulundan danışıb. O qeyd edib ki, kommunal xərcləri hesablamaqda çətinlik çəkir:

“Bu, nə limit məsələsidir?. Milli Məclis deputatlarının müraciətlərinə baxılmır. Mən təqaüd məsələləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 məktub göndərmişəm, 1-nə də cavab veriməyib”.
Deputat Nazirlər Kabinetinin Milli Məclisin iclaslarının stenoqramını götürüb, qaldırılan problemlərə, səsləndirilən təkliflərə baxmasını istəyib:

“Nazirlər Kabinetinin üzvləri rayonlara gedir, amma həmin rayonun deputatının xəbəri olmur. Kürdəki problemlər qalıb, işsizlik məsələsi bütün rayonlarda var. Neftçalada əhali balıqçılıqla məşğul olurdu, artıq bu, tam dayanıb. Hökumət xüsusi tədbirlər görməlidir”. S.Rüstəmxanlı kommunal xidmətlərin qiymətlərinin artırılmasından da danışıb, bunun yolverilməz olduğunu deyib: “Kommunal qiymətlər artırılır, buna yol vermək olmaz. Mən bu gün evdəki qaz, işıq pulunu hesablamaqda çətinlik çəkirəm. Bu, nə limit məsələsidir? Əhalini dövlətdən narazı salmaq olmaz”.

Deputatın ölkədə tətbiq edilən limit sisteminə olan etirazını “Sherg.az”a dəyərləndirən iqtisadçı - ekspert Natiq Cəfərli bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycanda elektrik enerjisinə və qaza qoyulan limitlər məntiqsizdir:

“Əgər bu limitlərin qoyulması qənaət rejimi üçün nəzərdə tutulubsa, bu da anlaşılan deyil. Çünki təbii ki, heç kim öz cibindən əlavə pul vermək istəməz. Limitlərin olması komunal xərclərin kifayət qədər şişməsinə səbəb olub. Bu da sosial vəziyyəti ağır olan kəsimə daha çox təsir göstərir”.

Ekspertin fikrincə, limit sistemi ümumilikdə, bütün Azərbaycan vətəndaşlarına təsir göstərir:

“Ona görə də düşünürəm ki, limit məsələsi tamamilə ləğv edilməlidir və ya heç olmasa qiymətlərə moratorium qoyulmalıdır ki, məsələn, yaxın zamanlarda qiymətlər artmayacaq. Heç olmasa bu qərarla birlikdə limitlərin ləğv edilməsi sosial məsələ kimi gündəliyə gəlməlidir”.

N.Cəfərli sonda qeyd edib ki, bu insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması nöqteyi-nəzərindən hökümətin atmalı olduğu ən başlıca addımlardan biridir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz