Axtarış...

"Qoç Ət" restoranında 1lt nar şirəsi 64 manata satılır? - Şikayət

"Qoç Ət" restoranında 1lt nar şirəsi 64 manata satılır? - Şikayət


Gənc yazar Bilal Həsən "Qoç Ət" restoranındakı qiymətdən şikayət edib.

O, bu barədə “Facebook” hesabında məlumat paylaşıb.

B. Həsən bildirib ki, sözügedən restoranda 1 stəkan nar şirəsi 8 manata satılır.

Həmin paylaşımı təqdim edirik:

“Halallıq haqqında...

İki gün öncə "Qoç Ət" restoran şəbəkəsinin Nərimanov filialına getdik. Xudmani çörək yeyib, söhbət edib, dərdləşmək üçün. Ölkədə bu tip restoranlarda hər şeyin qiyməti beş aşağı-beş yuxarı eyni olduğu üçün həmişə sifariş etdiyimi söylədim. Əslində hesab normal idi, gözlədiyim kimi, bir tək nar şirəsindən başqa.

İki həftə Azərbaycanın səfalı yerlərini gəzdim.

Qəbələ, Quba, Şamaxı, Qalaaltı, üzü Qusar qədər "N"sayda restoranda oturdum və hər yerdə nar şirəsi 10-20 manatla kifayətlənirdi. Məlumat üçün deyim ki, Bakının ən bahalı "Keşlə" bazarında narın 3lt-i 12 manata satılır. Narın kilosu da 3-5 manatdır.

Amma sən demə "Qoç Ət" restoranında nar şirəsinin stəkanı 8 manatdır. Və bizə düz 8 stəkan gətiriblər. Hərçənd ki, biz, iki adam cəmi 4 stəkan içdik...

Nə isə... Ucundan tutub ucuzluğa getməyək.

Yəqin "Qoç Ət" restoranında narı xüsusi üsulla sıxırlar. Əsrlər öncə müqəddəs Qüdsdən gəlmiş kahinlərin incə əlli huri nəvələri, ya da Tibet dağlarından düşmüş şamanlar ya da Orta Asiyadan gəlmiş sirli brahmanlar sıxır bu narları. Gecələri yatmadan, gündüzləri görmədən, xüsusi dualar və ayinlər zamanı, məhz dolunay olanda, ya da Mars və Venera planetləri üz-üzə gələndə...

Bəlkə də bu narları mistik "Narniya"dan ya da qar kimi ağ rəngli, təkbuynuzlu dayçanın qoruduğu sirli cənnət ağacından dərib gətirirlər?!

Menyuda nar şirəsinin qiyməti yazılmayıb. Qrafin və stəkan şəkli verilib və 8 manat yazılıb. Standart, iki həftə hər yerdə oturub içdiyim içki olduğu üçün təfərrüata girmədən, mexaniki sifariş etdim. Ofisiant qiyməti bilirdi və söyləmədi!​Bakupost.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz