Əlil şəxslərdən birinin redaksiyamıza göndərdiyi videogörüntü və şikayətə əsasən, Bilgəhdə yerləşən Sosial Xidmətlər Agentliyində olan əlillər üçün qida məqsədilə istifadə olunan ət məhsullarının mənşəyi bilinmir.
Millitv.az xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.
Onlar bu barədə 08 mart 2022-ci il tarixdə Qida Təhlükəsizlik Agentliyinə məlumat veriblər. Agentliyindən isə 09 mart 2022-ci il tarixdə tarixdə onlara bildirublır ki, sözügedən ət məhsullarının mənşəyi bilinmir. Və əlil şəxslərə: bundan istifadə etməməyi"- tapşırıblar.
Şikayətçi bildirir ki, əlillər üçün nəzərdə tutulan otaqlarda isə natəmizlikdır və demək olar ki, orada təmizlik işləri aparılmır.
Görəsən oranın müdiri Samirə Mehdiyeva cənab Ölkə Başçısının dediyinə qulaq asmayıbmı?
Məgər cənab Prezident əlil şəxslərə xüsusi qayğı göstərilməsi və onlar həmişə diqqətdə mərkəzində saxlanılması barədə xüsusi tapşırıq və sərəncamlar verməmişdirmi?!.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.