Çoxsaylı İsmayıllı sakinlərinin müraciəti əsasında bu yazını hazırlamaq qərarına gəldim.
Əvvəlcə ölkə başçısı İlham Əliyev cənablarının diqqətinə çatdırmaq istəyirəm ki,onun verdiyi sərəncam və imzaladığı qanunlar yerlərdə,məhz İsmayıllı rayonunda işləmir.Bəli,məhz yerli icra orqanlarının fəaliyyətsizliyi və sair müftəxor məmurların özbaşınalığı şəraitində insanlar dövlətdən narazı salınır,sözün əsl mənasında Azərbaycan Respublikasının hazırki siyasi hakimiyyətinə vətəndaşların inamı itir.
Yəni dövlət başçısı bilməlidir ki,ona qarşı ən böyük narazılar ordusunu yerli dövlət qurumları formalaşdırır.Dövlət qurumları insanların hüquq və azadlıqlarına hörmət etmək əvəzinə hər addımda onları pozmaqla məşğuldurlar.İstənilən haqq tələb edən adamın səsini batırmaq üçün onun başına min bir oyun açmağa hazır üzəduran qruplar iş başındadır.
Qış uzunu Ağsu regional qaz istismar idarəsinin İsmayıllı xidmət sahəsi rayon əhalisinin və kəndlər daxil olmaqla,Uştal,Soltankənd,Qalagah, Hacıhətəmli,Mollaisaqlı və sair kəndlərin qazını kəsməklə,yaxud həddən ziyadə aşağı təzyiqli qaz verməklə insanlara həqiqi işgəncə veriblər.
Bu gün də həmin işgəncə davam edir.Tərəfimdən dəfələrlə rayon rəhbərliyinin diqqətinə bu məsələ çatdırılıb ancaq heç bir tədbir görülməyib.Çünki qaz idarəsinin rəisi rayon icra hakimiyyətinin başçısı və sair məmurları saya salmır.İcra hakimiyyəti orqanlarının təqsiri budur ki,belə azğın məmurlar barəsində vaxtında mərkəzi hakimiyyət orqanlarına məlumat vermirlər.
2021-ci ildə İsmayıllı xidmət sahəsinə rəis təyin olunmuş Qurban Mehdiyev bu sahəni normativ qaydada deyil, istədiyi kimi idarə edir.Bu adamın səhlənkarlığı heç bir sərhəd tanımır.Belə adamların bunca məsuliyyətli xidmət sahələrinə rəhbər təyinatı ancaq gülüş doğurur.
Ağsu regional qaz istismar idarəsinin rəisi Osman Behbudov baş verən işlərdən şəxsən xəbərdardır.Çünki əhalinin 185 qaynar xəttinə etdikləri zəng zamanı bütün bunlar ortalığa çıxdı.Kürtmaşı qaz paylayıcı stansiyadan ətraf kəndlərə gedən qazın dayandırılması və sıxışdırılması göstərişini şəxsən Osman Behbudov verib və bu işin layiqincə yerinə yetirmək üçün İsmayıllı xidmət sahə rəisi Qurban Mehdiyev əməkdaşları səfərbər etmiş və şikayətçilərə isə xəbərim yoxdur məşğul olaram deyərək yalan danışır.
İndi özünüz qiymət verin belə məsuliyyətsiz məmurların haqqı çatırmı ki,bu kimi vəzifələrdə çalışsınlar.
Hörmətli oxucular, növbəti həftənin ikinci günü axşam saat 21:00 da YouTube üzərindən Şimal Region kanalına baxmağı unutmayın.Sizə yuxarıda göstərilən dövlət qurumları barəsində ətraflı məlumat verəcəyik.
Dövlət başçısı qeyd etdi ki,yerlərdə özbaşınalıq edən məmurlar barəsində bizə siqnal verin.Bu mənim ən zəif siqnalımdır.Qarşıda respublikada şok yaradacaq məlumatlar olacaq.Görün regionlarda nələr baş verir. //azinfo.tv//