Axtarış...

Hava Nəqliyyatında gömrük rəisi Mehman Sadıqovla biznes şəriki Nizami Kərimzadənin OYUNBAZLIĞI- 25 min DOLLARIN AQİBƏTİ NECƏ OLACAQ ?

Hava Nəqliyyatında gömrük rəisi Mehman Sadıqovla biznes şəriki Nizami Kərimzadənin OYUNBAZLIĞI- 25 min DOLLARIN AQİBƏTİ NECƏ OLACAQ ?

Bu da sənə rüşvət faktı, cənab Səfər Mehdiyev…

Hava Nəqliyyarında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun mükləri, mənzilləri, avtomobil kolleksiyası..

Mehman Sadıqov biznesmen şəriki ilə sahibkarı külli miqdarda aldadıb?…

Xatırlayırsınızsa, bir il əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşmüş və bu zaman Azərbaycanda inhisarçılığın olmadığını bəyan etmişdi. Belə ki, "Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Belə fakt varsa, birini göstərin" deyən DGK sədri bildirmişdi.
DGK sədri demişdi ki, gömrük sistemində inhisarçılığın və rüşvətin olduğunu göstərən olsa İSTEFAYA gedəcəm.
Birincisi, Səfər Mehdiyevə demək istəyirik ki, sən kimsən ki, ÖZBAŞINA İSTEFA verəsən.
İkincisi, rüşvət və korrupsiya ilə bağlı istəyirsən sənə kifayət qədər fakt göstərək.
Buyur, faktlarla tanış ol.
Cənab Səfər Mehdiyev, yəqin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, yaxın dostunuz Mehman Sadıqovu əla tanıyırsınız. Axı, onu bir müddət əvvəl siz bu boyda vəzifəyə təyin etmisiniz.
Mehman Sadıqov dövlət məmuru olduğu halda biznes fəaliyyəti ilə necə məşğul ola bilər, cənab Mehdiyev ?
Deyirsiniz mənə fakt göstərin.
Buyur tanış ol. Bəli, DGK-nın yüksək rütbəli məmuru Mehman Sadıqov biznesmen Nizami Kazımzadə ilə Zirə kəndində böyük istixana-“parnik” biznesi ilə məşğul olur.
Məmurun bizneslə məşğul olması bir cinayət əməlidir, amma Səfər Mehdiyevin dostu Mehman Sadıqov və şəriki sahibkara böyük məbləğdə pul da borcludur.
Belə ki, Mehman Sadıqov vəzifə səlahiyyətlərindən və əlaqələrindən sui-istifadə edərək vətəndaşlara qarşı haqsızlıq edərək onlara 25 min dollar aldadıb və “parnik”də əkdiyi məhsulu sahibinə verməyərək, onu mənimsəyib.
Özünüz fikirləşin, gömrük işçisi olan Mehman Sadıqovda 5 milyon dollar haradandır ki, biznesmenlə şərikli biznes qurur.
Görəsən, bu suala Mehman Sadıqovun rəhbəri Səfər Mehdiyev cavab verə bilərmi ?
Mehman Sadıqovun 800 dövlət nişanlı avtomobil kolleksiyalarının dəyəri milyonlarladır.
Bu pullar haradandır, cənab komitə sədri ?
Bakıda çoxsaylı mənzillərə, obyektlərə sahib olan Mehman Sadıqov əvvəllər Tovuz Gömrüyünün rəisi olub.
Bu adamın mobil telefon nömrələrinin birinin qiyməti 5 min manatdan başlayır.
Bu adam vəzifədə çalışdığı müddətdə həmişə sahibkarları incidib, kiçik və orta sahibkarları sıradan çıxararaq inhisarçılığa şərait yaradıb.
Cənab Səfər Mehdiev, sənə dost olan və səni vəsf edən baş redaktorlara deyirdin ki, DGK-da 1-cə faiz rüşvəti mənə göstərin…
Bu da sənə rüşvət…özü də 1 faiz yox ee, 99 faiz…buna nə deyirsən..?
Yeri gəlmişkən, onu da qeyd edək ki, Mehman Sadıqova uzun müddət DGK sədrinin sabiq müavini, general Şahin Bağırov “krışası”lıq edib.
Mövzu ilə bağlı araşdırmamız davam edir.
Bizi izləyin.
Yazıda adları çəkilən bütün şəxslərin mövqeyni dərc etməyə hazırıq.

Gundelik-baku.com
Text-to-Speech

DİNLƏ






Şərh yaz
Pretty component of content. I just stumbled upon your web site and in accession capital to assert that I get in fact enjoyed account your weblog posts.
Any way I will be subscribing in your augment and even I
fulfillment you get entry to persistently fast.

Check out my site :: [url=https://camelsanta6.bravejournal.net/post/2022/03/10/5-Nights-at-Freddy-s2]n[/url]