Axtarış...

İcra başçısının "hərrac"a çıxardığı yaşıllıq zonası DİN-in mülkiyyəti imiş - İLGİNC FAKT

İcra başçısının "hərrac"a çıxardığı yaşıllıq zonası DİN-in mülkiyyəti imiş - İLGİNC FAKT

Xəbər verdiyimiz kimi, ötən gün Yardımlının icra başçısı Ayaz Əsgərovun xüsusi tapşırığı ilə şəhər mərkəzindəki 0,60 hektar ərazini əhatə edən yaşıllıq ərazisi - park satışa çıxarılıb. Yeni əldə etdiyimiz məlumata görə, bu məqsədlə, ərazidəki bir neçə ağac qıza zamanda kəsilərək məhv edilib, yaşıllıq ərazi traktorla kürünərək şumlanıb, Yardımlının Köryədi ərazisinin yola yaxın hissəsində bir neçə yüz kv-metrlik sahəsində satışa hazırlıq işi həyata keçirilib.

Millitv.az-ın məlumatına görə, Demokratik.Az mövzu ətrafında qısa araşdırma aparıb və məlum edib ki, icra başçısının Yardımlı rayon sakini, Seyfəddin Alışanova satmaq istədiyi və təklif etdiyi sözügedən ərazi dövlət fond torpağıdır və yerli İHB-nin həmin torpağı özgəninkiləşdirmək kimi bir səlahiyyəti yoxdur. Daha dəqiqi, bir neçə il öncə İmadəddin Nəsiminin 650 illiyilə əlaqədar olaraq Heydər Əliyev fondu tərəfindən salınmış yaşıllıq zonası bir hektara yaxın ərazisi olan Yardımlı rayon polis şöbəsinin mülkiyyətinə daxildir. DİN-in ərazisində qanunsuz işlərin aparılmasına Yardımlı RPŞ-nin susqun qalması da ayrıca araşdırılmalı mövzudur.

Faktla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Yardımlı rayonu üzrə torpaq müfəttişi Fərzəli Salmanovla əlaqə saxladıq. Müfəttişlə diqloq zamanı məsul şəxs də olanları təsdiq etsə də ərazidə bütün ağacları deyil, icra hakimiyyətinin səhvən göstərişilə bir neçə ağacın kəsildiyini dilə gətirdi. Bundan başqa, torpaq müfəttişinin sözlərinə görə, proses artıq dayandırılıb və DİN-in balansında olan torpaq sahəsinə qanunsuz müdaxilə sayəsində vurulmuş ziyan aktlaşdırılaraq aidiyyatı üzrə məruzələr edilib.

Yardımlı İHB-nin mövqeyinə gəlincə, bildirilir ki, guya İHB-nin başbilənləri ərazinin DİN-ə aid olduğundan xəbərsiz olub. Lakin, bu versiya nəinki inandırıcı deyil, eləcə də rəhbərlik etdiyi rayonda haranı satdığından belə "bixəbər" olan Ayaz Əsgərova əlavə məsuliyyətlər doğurur. Ayaz Əsgərov böyük ehtimal ki, bu özbaşınalığa məhz bilə-bilə rəvac verib.

İnanırıq ki, Prezident Administrasiyası da Ayaz Əsgərovun özbaşınalığına reaksiya verib prezidentin səlahiyyətli nümayəndəsinə qanunun sərt üzünü göstərəcək və etimadsızlığı üçün ölkə rəhbəri cənab İlham Əliyev harın icra başçını cəzalandırılacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz