6 mayda Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçiriləcək.
Cebhe.info xəbər verir ki, brifinqdə karantin qaydalarına bəzi dəyişikliklərin olacağı, yumşalmalara gediləcəyi gözlənilir.
İddialara görə, açıq havada maska taxmaq məcburiyyəti qaldırıla bilər. O cümlədən, metronun açılması və şənbə, bazar günlərində ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsi gözlənilir.
Qərarların 1 iyun tarixində başlayacaq AVRO-2020-nin 4 qrup oyununun Bakıda keçirilməsi ilə əlaqədar qəbul ediləcəyi deyilir.
Xatırladaq ki, AVRO-2020 çərçivəsində Bakıya 30 min turistin gələcəyi gözlənilir.