Axtarış...

Texniki Universitetdə VİLAYƏT PROBLEMİ... - Dövlətin müdaxiləsi zərurətə çevrilib...

Texniki Universitetdə VİLAYƏT PROBLEMİ... - Dövlətin müdaxiləsi zərurətə çevrilib...

Ölkəmizdə pis bir nümunə var. Kiməsə etimad göstərib, onu yüksək vəzifəyə təyin edirlər, həmin şəxs başlayır özü bildiyi kimi “kadr islahatları” aparmağa.

Əksər hallarda da bu “özününküləşdirmə siyasəti” narazılığa səbəb olur. Bu səbəbdəndir ki, ölkə boyu narazılıq baş alıb gedir.Hərçənd, bu yanaşmaya vaxtaşırı deputatlar da irad bildirir. O cümlədən, 31.05.2021-ci il tarixində millət vəkili Siyavuş Novruzov da bu xoşagəlməz hala mənfi münasibətini ortaya qoydu,Fazil Qəzənfəroğlu da bu kimi hallara etirazını bildirib.

Aidiyyatı orqanlara göndərilən şikayətlərə baxılmaması səbəbindən,bir çox narazı şəxslər axrıncı halda saytlara üz tutur ki, bəlkə məsələ ictimailəşəndən sonra onun tapdalanmış haqqına qanunla müəyyən edilmiş qaydada aydınlıq gətirildi. Dərd orasıdır ki, bəzən şikayət məktubunda belə bir misraya - “hara şikayət edirsən et” ifadəsinə də rast gəlinir.Daha pisi odur ki, neçə illərdən bəri formalaşmış kadrları saf-çürük etmədən işdən çıxaran məmurlara bəzi universitet rektorları da qoşulub. Adlarını ziyalı qoyduğumuz belə şəxslər universitetlərə rektor təyin ediləndən sonra oranı “ailə, dost-tanış müəssisəsinə” çevirir, yerlibazlıq edirlər. Bu kimi çoxsaylı xoşagəlməz hallar isə kütləvi narazılıq yaradır.

Yaranan bu narazılıqların sonradan kim(lər)in adı ilə bağlandığının fərqinə varmayan rektorlar haqqında KİV-lərdə son bir neçə ildə yayımlanan məqalələrin məzmunundan bir daha aydın olur ki, həmin rəhbər şəxslər özlərini mütləqi hakim hesab edirlər, rəhbəri olduqları ali məktəblərdə onlarla müəllimin haqq və hüququnu tapdalayırlar.

Adları saytlara olunan şikayətlərə görə, daha çox hallanan universitetlər isə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Dillər Universiteti (ADU), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Neft və Sənaye Universiteti (ADNSU),Azərbaycan Memarlıq və İnşaat Universiteti(AZMİU), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Texnologiya Universitetidir (AzTU).

Bu universitetlərin hər birində işləyən bəzi müəllimlərin haqq və hüququnun pozulması halına rast gəlmək olur ki, sonluq rektorun iradəsinə əsaslanır.İstənilən halda, işini, vəzifəsini itirən isə müəllimlər olur.Yəni bütün hallarda rektorların "kəsdiyi başa" sorğu-sual yoxdur.

Sadaladığımız universitetlərdən birində isə ötən il tələbələr də kəskin narazılıq edib.Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) tələbələrə imtahanlara düşəcək sualların əvvəlcədən verilməyəcəyinin bildirilməsi narazılıq yaratmışdı. Gəncə Dövlət Universitetinin hegamon rektorundan ümumiyyətlə danışmağa dəyməz. Orada baş verən özbaşınalıqların sayı-hesabı yoxdur.

Azərbaycan Texniki Universitetinə gəlincə, son bir ildə Prezident Administrasiyasına bu təhsil ocağından işdən çıxarılan müəllimlər tərəfindən göndərilən şikayət məktubları,mətbuatda dərc olunan məqalələr diqqət çəkməyə bilməz. Bu universitetdə islahat deyiləndə, ancaq dekanların, kafedra müdirlərinin yeniləri ilə əvəzlənməsi, işdən çıxarılan müəllimlərin dəyişilməsi kimi "meyarlar" başa düşülür.

Azərbaycan Texniki Universitetin tabeçiliyində olan iki kollecdən də ciddi narazılıq var.Himayəçilik bu kollec rəhbərlərini bütün özbaşınalıqlara sövq edir.Bunlardan biri də Texniki Kollecdir. AzTU rektorunun əmrinə əsasən, bu yaxınlarda Texniki Kollecin rəhbərliyi də dəyişib. Bununla da orada vəziyyət qarışıb, narazılıq yaranıb. Texniki Kollecdən universitet rektoruna edilən şikayətlərə əhəmiyyət verilmədiyindən, digər aidiyyatı orqanlara da müraciət olunub. Yenə müəllim narazılığı, bunu doğuran səbəb kimi kollec direktorunun özü ilə ora gətirdiyi xanımın hökmranlığının yaratdığı əks-səda… Qələmə almağa utandığımız belə məsələlər isə nə AzTU rektorunu narahat edir, nə də ki, yeni kollec rəhbərliyini.

Hələlik söz Azərbaycan Texniki Universitetindən düşmüşkən bildirək ki,orada son 2 ildə baş alıb getməkdə olan problemin kökü təsadüfi idarəçiliyə bağlıdı.Belədir ki,son 2 ildə bu təhsil müəssisəsində 4 tədris hissə müdiri dəyişib.Bu kadr dəyişkənliyi isə söz-söhbətlərə,dava-dalaşa səbəb olub,narazılıqlarla müşayət edilib.Həmçinin AzTU rektorunun şəxsi təşəbbüsünə əsaslanan kadr islahatları universitetin 8 savadlı dekanının 7-sinin dəyişməsi ilə tamamlanıb.Dekan müavinləri,kafedra müdirləri rektor Vilayət Vəliyevə ən yaxın şəxslərlə əvəzlənib.Məsələn rektorun qohumu Nizami Poladov Metallurgiya fakultəsinin dekanı vəzifəsinə gətirilib.Bu proseslər də kütləvi narazılıqlarla müşayət olunub. Bununla da qohumbazlıq,yerlibazlıq,tanışlıq kimi ənənədən qaynaqlanan pis vərdişlər universitetdə bərqərar olub.Nümunə üçün deyək ki, Vilayət Vəliyev lazımsız yerdən,Texniki Universitet üçün heç bir əhəmiyyət kəsb etməyən hüquq departamenti yaradıb,ora bakalavr təhsilli şəxsi şöbə müdiri təyin etməklə əlavə 4 şəxsi də işə götürüb.

Məgər dövrüyyəsi milyonlarla ölçülən böyük bir qrumdur ki, bura? - şöbə müdirinə 2500,digərilərinə 1000 manat məvacib verilməsini mümkünləşdirib.Pul iyi gələn, Maliyyə Nazirliyinin,Hesablama Palatasının diqqət yetirməsi vacib olan belə hallarda əminliklə demək olar ki,ora işə götürülən şəxslər heç də təsadüfdən seçilməyib.

Təsadüfi idarəçiliyin doğurduğu mənfi tendensiya bununlada yekunlaşmayıb.Texniki elimlərin bilicisi olan prorektorlar iqtisadçılarla,yəni iqtisad üzrə fəlsəfə doktorları ilə əvəzlənib.Narazılığın miqyasından narahat olan rektor Vilayət Vəliyev müxtəlif bəhanələrlə vəzifədən azad etdiyi prorektorların hamısını -keçmiş rektor əvəzi Xalıq Yahudov daxil olmaqla özünə müşavir təyin edib.İndi rektorun könlünü xoş etdiyi 5 müşaviri var.Təsəvvür edəndə ki,bir universitet rəhbərinin 5 müşaviri,3 köməkçisi,1 katibəsi var, adamın ağlı qarışır.Sual etməzlərmi ki,Azərbaycan Texniki Universiteti istehsal müəssiəsidir,SOCAR və ya Prezident Adminstrasiyasıdır ki,bu sayda müşavir,köməkçi və digər şəxslərə ehtiyac duyulur.Elə prorektorlar müşavir və köməkçi funkusiyasını əvəz edir də.Bu qədər ştata,dövlət vəsaitinin havaya sovrulmasına nə ehtiyac var?!

Eləcə də buna oxşar hadisə kafedra müdirləri ilə bağlı yaşanır.Məsələn,Vilayət Vəliyev bütün savadlı kafedra müdürlərini özünə uyğun şəxslərlə əvəzləyib.Əvəzlədiyi kafedra müdirlərini məsləhətçi professor vəzifələrinə keçirib.Bununla da yenə dövlət vəsaitinin havaya sovrulmasına,mənimsənilməsinə münbit şərait yaradıb.Sual etməzlərmi kafedra müdirləri varsa,məsləhətçi kafedra müdirlərinə nə ehtiyac var?! Həmçinin, texniki elmlər doktorları,professorlar qalıb kənarda,rektorun hazırda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik 4 prorektoru iş başındadır.Belə olan halda 5 müşavirə nə ehtiyac var?! Təsadüfi idarəçiliyə əsaslanan Azərbaycan Texniki Universitetində texniki elmlər üzrə mütəxəsis olmayan prorektorlar aşağıdakı şəxslərdi:

1.Elm və İnovasiya üzrə prorektor Çətin Elmas(onun 5000 məvacib aldığı söylənilir)

2.Sosial Məsələlər və İctimayyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov,iqtisad üzrə fəlsəfə doktoru

3. Maliyyə-Təsərrüfat İşləri üzrə prorektor Rəşad Kazımov, iqtisad üzrə fəlsəfə doktoru

4.Rəqəmsallaşma və Layihələr üzrə prorektor Rəşad Əliyev,iqtisad üzrə fəlsəfə doktoru

Göründüyü kimi, 5 magistrə 1 şərikli dissertasiya verildiyi Azərbaycan Texniki Universitetində son 2 ilə qədər orada işləyən şəxslərin 80 faizi işindən uzaqlaşdırılıb, onların yeri "satılıb." Texniki işçilərə, hətta komendantlara qədər işdən çıxarılan,onların yerlərinə isə qısa müddətdə kim gəldi işə götürülən Azərbaycan Texniki Universiteti barədə kimsə düşünə bilərmi ki,bunlar gələcək elmi inkişaf və ya tələbələr üçün edilib?!

Beləliklə,Baş nazirin müavini Şahin Mustafayevin adamı kimi xarakterizə olunan Vilayət Vəliyev barəsində də düşünərkən bir sual yaranır : Belə rektorların idarəçiliyi yekunda siyasi hakimiyyətin əleyhinə işləmirmi?

Fuad İsgəndərov
Faktinfo.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz