Şairə Nazilə Səfərli millət vəkili Siyaviş Novruzovun ötən gün verdiyi “Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar” açıqlamasını lağa qoyub.
“MediaPost” xəbər verir ki, o, deputatın fotosunu paylaşaraq bu sözləri yazıb:
“Siyavuş müəllim, evlərdə gizlin təşkil olunmuş xınayaxdıya dəvət edirlər, qorxumdan gedə bilmirəm. Məni ən gözəl siz başa düşərsiniz. Şənlik bazarı çöküb. Toylar rəsmi olaraq nə vaxt başlayacaq? Bu siyasi sual deyilsə, lütfən, cavab verin”.
Paylaşıma rəy yazan izləyicilər isə Novruzovu tənqid edərək onun açıqlamasını absurd hesab ediblər.
Qeyd edək ki, S.Novruzov Daxili İşlər Nazirliyini onu toyda cərimələdiyi üçün məhkəməyə verəcəyini açıqlamış, daha sonra bu istəyindən vaz keçdiyini bildirmişdi.