Axtarış...

Əmrullayevin menyusuna daha bir TƏHSİL BƏLASI – GİLEY

Əmrullayevin menyusuna daha bir TƏHSİL BƏLASI – GİLEY


Millitv.az xəbər verir ki, “Təzadlar”ın elektron poçtuna Füzuli rayonu Ə.Tağıyev adına Bala Bəhmənli kənd tam orta məktəbinin bir qrup müəllimi tərəfindən şikayət məktubu daxil olub.

Məktubda sözügedən məktəbin direktoru Solmaz Rzayevanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir sıra qanunazidd əməllər törətməsindən bəhs olunur. Bildirir ki, direktor aidiyyəti qurumlara edilən müraciətlərin qarşısını aldığından məktəbdəki mövcud problemlərlə maraqlanan yoxdur.

Şikayətçilər yazır ki, 50-ə yaxın müəllim, 400-dən çox şagird kontingenti olan Ə.Tağıyev adına Bala Bəhmənli kənd tam orta məktəbi direktor Solmaz Rzayevanın şəxsi obyektinə çevrilib: “Məktəbi direktor Solmaz Rzayeva ilə bərabər, həm də onun bizdə rus dili fənnini tədris edən həyat yoldaşı Sulduz Rzayev idarə edir. S.Rzayev bizim kimi sıravi müəllim olduğu halda, məktəbdə baş verən bütün proseslərə, o cümlədən dərs saatlarının bölünməsinə də qarışır. Hətta müəllimlərin problemləri, şikayət və təklifləri direktora Sulduz Rzayev tərəfindən çatdırılır. Bunu rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova da bilir ki, Bala Bəhmənli kənd orta məktəbini direktor yox, onun həyat yoldaşı idarə edir”.

Məktub müəllifləri yazır ki, məktəb direktorunun əməlləri bununla bitmir: “Özbaşınalıq, qanunsuzluq baş alıb gedir. Məktəbdə texniki işçilərin çox az qismi görünür. Onlar digərlərinin də işini görür. Yerdə qalan texniki işçilərin hamısının maaş kartı direktorun cibindədir. Belə ki, tanıdığı adamları gətirib yazdırır, onların adı rəsmi ştatda gedir, maaşlarını direktor alır. Əmək haqları verilən zaman Solmaz Rzayevanın həyat yoldaşı Sulduz Rzayev sahibi bizlərə bəlli olmayan maaş kartlarındakı pulları əvvəllər rayondakı bankomatlardan çıxarırdı. Bunun dəfələrlə şahidi olmuşuq. Sonra yəqin fikirləşiblər ki, məsələnin üstü açılacaq, ona görə də pulları indi Beyləqan rayonundakı bankomatlardan çıxarırlar.
Əmrullayevin menyusuna daha bir TƏHSİL BƏLASI – GİLEY

Bütün bunlar hələ harasıdır, tədris ili boyunca yerli-dibli dərsə gəlməyən şagirdlər də var. Məktəbin IX-XI siniflərində isə şagirdlərin dərsə davamiyyəti heç də ürəkaçan deyil. Bunda birbaşa məktəb direktorunun günahı var. Çünki repetitorluqla məşğul olan müəllimələr və repetitor yanına gedən şagirdlər Solmaz müəlliməni razı salırlar. Məsələn, repetitorluq fəaliyyəti üçün məktəbə yaxın ərazidə bina tikdirən riyaziyyat müəllimi Səbirə Əhmədova dərs vaxtı uşaqları hazırlıq qruplarına cəlb edir. Nəyin hesabına? Təbii ki, direktora verdiyi rüşvətin. Yaxud, direktor Solmaz Rzayevanın repititorluqla məşğul olan qızı – kimya müəllimi Aygün Rzayeva məktəbin sinif otaqlarında dərsdən sonra əlavə hazırlıq dərsləri keçərək pul qazanır.

Ona görə də yuxarı sinif şagirdləri dərsə gəlmirlər. Nəticədə, həm məktəb, həm də təhsil pis vəziyyətə düşür. Direktor Solmaz Rzayeva bilə-bilə ki, repetitorluq məktəbin fəaliyyətinə kölgə salır, yenə vəziyyətə göz yumur və biz müəllimlər hər gün 2-3 şagirdin oturduğu IX-XI siniflərə girib “dərs keçməklə” işimizi bitmiş hesab edirik”.
Əmrullayevin menyusuna daha bir TƏHSİL BƏLASI – GİLEY

Məktub müəllifləri məktəbin tədris işləri üzrə direktor müavini Ofelya Aslanovadan da şikayətçidirlər: “Tədris işləri üzrə direktor müavini Ofelya Aslanovanın əməllərindən və qeyri-etik davranışlarından cana doymuşuq. Artıq onunla işləyə bilmirik. Bütün müəllimlər onun əlindən yığılıb. İstədiyi müəllimə pedaqoji kollektivinin yanında nalayiq və kobud sözlər deyir.

Məktəbdə hərc-mərclik, dedi-qodu, təhqir dözülməz həddə çatdırılıb. Dərs saatlarımız əlimizdən alınır. Məktəbdə sağlam mühit yoxdur. Direktor ancaq öz cibini və xeyrini güdür. Bu da müəllimlərin narazılığına səbəb olur.

Məktəbimizdəki daha bir özbaşınalıq tərbiyə işləri üzrə direktor müavini Elgin Aslanovla bağlıdır (Ofelya Aslanovanın qardaşı oğludur). Belə ki, ilboyu məktəbə gəlməyən E.Aslanov əmisi – Füzuli RİH başçısının müavini Bağır Aslanova məxsus taxıl ambarında çalışır.

Rayon Təhsil Şöbəsinə məktəbimizdəki özbaşınalıqlardan şikayət edirik. Amma şikayətimizi obyektiv araşdıran, rəsmi cavab verən yoxdur. Sadəcə, şöbədən direktorun özünə zəng vurub, şikayətimizlə bağlı ona xəbər verirlər.

Bu günlərdə Rayon Təhsil Şöbəsindən bir qrup nümayəndə gəlib məktəbimizdə yoxlama apardı və hansı nöqsanlar aşkarlandı, nələr ortaya çıxdı, xəbərimiz yoxdur. Yoxlama gedəndən sonra müəllimlərdən 3 manatdan pul yığıdı. Guya yoxlamaya pul verib. Belə yoxlamalar ara-sıra aparılır, amma direktorun və müavinin qanunsuz hərəkətləri ilə bağlı nəticə yoxdur. Təhsil Nazirliyindən tələbimiz odur ki, direktor Solmaz Rzayevanın və müavini Ofelya Aslanovanın əməllərinin qarşısı alınsın”.

Təəssüflər olsun ki, şikayət məktubunda adı çəkilən şəxslərin fikrini öyrənmək mümkün olmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əmrullayevin menyusuna daha bir TƏHSİL BƏLASI – GİLEY
Text-to-Speech

DİNLƏ






Şərh yaz