Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi , Ə.Gülbabayev küçəsi, ev 4, m....ünvanda yaşayan Hüsniyyə Süleymanova öz həyat yoldaşı , hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində rəis müavini vəzifəsində çalışan Elməddin Süleymanovun qanunsuz əməlləri ilə bağlı dövlət qurumlarına müraciət edib.
Millitv.az olaraq NUH.az-a daxil olan müraciəti olduğu kimi dərc edirik:
Azərbaycanda ŞOK: Vergi xidmətinin rəsi müavinindən KİM ŞİKAYƏTÇİ OLDU?
"Yazıb Sizdən xahiş edirəm ki, Vergilər Nazirliyində işləyən İnsan Resursları İdarə rəisinin birinci müavini olan Süleymanov Elməddin Nizaməddin oğlunun qanunsuz əməllərini araşdırasınız.
Həyat yoldaşım Süleymanov Elməddin vəzifəsindən istifadə edərək hər yerdə mənim şikayətlərimin baxılmasına imkan vermir. Həm həyat yoldaşım, həm də onun qardaşları daim vəzifəli şəxsin adından istifadə edərək dələduzluq və digər qanuna zidd əməllərə yol verirlər. Həyat yoldaşım Vergilər Nazirliyindən külli miqdarda pul götürüb və qaytarmamışdır. Onun başqa etdiyi qanunazidd əməllərindən xəbərdar olduğumu bildiyi üçün həmin əməllərlə bağlı harasa müraciət edəcəyim təqdirdə mənə və yaxınlarıma zərər vuracağı ilə bağlı mənə hədə-qorxu gəlir.
Sizdən xahiş edirəm ki, məni qəbul edəsiz və onun etdiyi qanunsuzluqları və dələduzluqları açıq şəkildə bildirim.
İmza Süleymanova Hüsniyyə"
***
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.