Ukrayna Milli Polisi bu gün video yayıb və iddia edib ki, ölkənin şərqində onların nəzarəti altında olan ərazi cümə axşamı atəşə tutulub, nəticədə yaşayış evlərindən birində yanğın baş verib.
Güllələrin Luqansk stansiyasında uşaq bağçası binasına düşdüyü, nəticədə iki işçinin yaralandığı bildirilib.
Rusiyayönlü separatçılar ittihamları rədd edərək, Ukrayna tərəfinin atəşinin gücləndiyini, uşaq bağçasının binasının Ukrayna atəşi nəticəsində zədələndiyini iddia edirlər.
Təmas xəttində atəşkəs rejiminin pozulması son bir neçə ayda ən çox həddə çatıb.