İnstaqramda “Toymall” adı ilə fəaliyyət göstərən Azərbaycana məxsus oyuncaq səhifəsi erməni müğənni Oksi Adalyanın “Asa xosa” mahnısı ilə reklam çarxı hazırlayıb.
Millitv.az Yenipress.az-a istinadən xəbər verir ki, video paylaşıldıqdan qısa zaman sonra səhifə izləyiciləri tərəfindən tənqidə məruz qalıb.
İstifadəçilər şərhlərdə iradlarını bildirdikdən sonra səhifə admini videonun silinəcəyini bildirib. Lakin üzərindən 10 gün keçməsinə baxmayaraq video silinməyib.