Axtarış...

Təhsil sistemimiz düzəlmir ki, düzəlmir... - İDDİA


Bakının Binəqədi rayonunda yerləşən Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin adı bir neçə il bundan qabaq ərazisində “Kainat” tikinti şirkəti tərəfindən bina tikildiyi zaman mətbuatda hallanmışdı. 1978-ci ildə inşa edilən 144 nömrəli orta məktəbin bədən tərbiyyəsi müəllimi Hüseyn Hüseynov və riyaziyyat müəllimi rəhmətlik İsfəndiyar Quliyev sakinlərin narazılığı ilə bağlı həmin vaxt maraqlı məlumatlar vermişdilər. Onların dediyinə görə, bu binanın tikildiyi ərazidə stadion var imiş ki, həm idman, həm də mülki müdafiə dərsləri burada keçirilirmiş. 2000-ci ilin əvvəllərindən ərazi zəbt edilərək bina tikilərkən məktəb rəhbərliyi, müəllimlər, valideynlər narazılığını, etirazını bildirmişlər. Eyni zamandaməktəbin ərazisi fərdi yaşayış evləri, avtomobil qarajları tikən şəxslər tərəfindən də qanunsuz olaraq özəlləşdirilib və zəbt edilib. Məktəbin əvvəlki direktorları Şükür Əhmədov və Həcər Mahmudova məktəbin 1/3 hissəsinin zəbt edildiyi barədə əlaqədar təşkilatlara daim məlumat verərək təhsil ocağını qorumağa çalışıblar. Onların vaxtında məktəbdə tədrisin səviyyəsi də daim yüksək olmuşdur.Təəssüflər olsun ki, 2018-ci ildən 144 nömrəli tam orta məktəbin direktoru işləyən Qənirə Sultanova ilə bağlı aktualxeber.az-ın redaksiyasına çoxsaylı şikayətlər daxil olmuşdur. Onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, idarəetmədə yol verdiyi nöqsanların, məktəbdə törətdiyi qanunsuz əməllərin və özbaşınalıqların həddi-hüdudu yoxdur.Məktəbdə dərs bölgüsü, XI sinif şagirdlərinə attestatların verilməsi, ibtidai təhsil mərhələsini başa vuran V siniflərə fənlər üzrə “ən yaxşı müəllim” seçimi və X-XI sinif şagirdlərinin tədris ili boyu ərzində dərsə davamiyyətinə “göz yummaq”, sevmədiyi işçilərin haqqında şər-böhtan dolu ittihamların yazılması, aktlaşdırılması və aktın təsdiqi üçün digər işçilərə məcburi imza çəkdirməsi, həmçinin,əsasən, yuxarı sinif şagirdlərinin yeni tədris ilində “Virtual məktəb” platformasında gündəlik dərslərə qoşulmamaq üçün direktorla valideynlər arasında olan bütün “razılaşma”lar müəyyən pul qarşılığında icra olunur. Məktəbdə eyni zamanda şagird qəbulu prosesi də şəffaf qaydada aparılmır. Özləri elektron şagird yerdəyişməsi vasitəsilə qeydiyyatdan keçən şagirdlərin UTİS proqramında məktəbə qəbulunu təsdiqləmək düyməsi də direktorun “xüsusi maraqları” qarşılığında “sıxılır”..

Məktəbdə tədrisin keyfiyyəti ilə bağlı saysız narazılıqlar da hökm sürməkdədir. Elə bu səbəbdən də təhsilini digər məktəblərdə davam etdirmək istəyən şagirdlərin sayı günü-gündən artır. Direktor Q. Sultanova tərəfindən övladının təhsilini başqa məktəbdə davam etdirilməsi üçün müraciət edən valideynlər incidilir, sənədlər girov saxlanılır. Elə bu yaxınlarda məktəbin XI a sinif şagirdi Rəvan Abasovun anasına qarşı edilmiş haqsızlıq buna əyani sübutdur. Belə ki, valideynin övladının təhsilini digər məktəbdə davam etdirməsi üçün etdiyi müraciətə baxılmamış, ona sənədlər təqdim olunmamışdır. Hadisədən sarsıntı keçirən valideynin halı pisləşmiş, huşunu itirərək məktəbin dəhlizinə yıxılmışdı. Məktəbin texniki işçiləri tərəfindən dərhal təcili yardım çağırılmış, xəstəyə ilkin tibbi yardım göstərilmişdir. Direktor həkimləri yaxşı “yola salmış”, bununla da sənədləri saxtalaşdıraraq özünün günahkar olmasını “ört-basdır” etməyə müvəffəq olmuşdur.

Aktualxeber.az-a daxil olan məlumatlara görə bu şəxsin özbaşnalıqları barədə dəfələrlə aidiyyatı qurumlara şikayət olunsa da neqativ hallarla bağlı heç bir tədbir görülmür. Təqribən bir il yarım öncə məktəbdə çoxsaylı “ölü canlar” iddiası ilə bağlı şikayətləri araşdırmaq üçün məktəbə gələn Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları- Daxili nəzarət sektorunun işçisi olan Rəşad Musayevlə Qənirə Sultanovanın arasında olan “anlaşma” sonuncuya verilən inzibati tənbehlə nəticələndi. Amma, bütün bunlara baxmayaraq Q. Sultanovanın yeni “ölü can”ları yenə “işə götürülür”(Texniki işçi: S.Məmmədova, UBR A.Nəbiyeva)… Hal-hazırda 4 nəfər texniki işçinin ( H.Baxışəliyeva, V.Nəsirova, İ.Cavadova, Ş.Cavadova) ştatına əlavə olunan 0,25 əlavə ştat bölgüsü həmin işçilər tərəfindən hər ay nağdlaşdırılaraq, pul şəklində Qənirə Sultanovaya verilir.

Onu da nəzərinizə çatdıraq ki, artıq neçə ildir ki, məktəbin əsasən,ibtidai sinif müəllimlərinin (bəzi digər fənn müəllimləri də) məktəbdə repititorluq etməsinə “şərait” yaradılması üçün, direktor tərəfindən sinif otaqları aylıq “icarəyə verilir”.Baxmayaqraq ki,bu ilki tədris ilində pandemiya ilə bağlı məktəbdə əlavə hazırlıq dərslərinin keçirilməsi qanunu şəkildə qadağan edilmişdir.2020-2021-ci tədris ilinin ilk dərs günü üçün məktəb həyətinin bəzədilməsi bəhanəsilə bütün müəllim heyətinin hərəsindən 20 manat məbləğində pul yığılmışdır.Yığılan puldan cəmi bir verner hazırlanmış, qalan pul miqdarı direktor tərəfindən mənimsədilmişdir.

Direktorun məktəb kollektivi, şagird və valideynlərlə kobud davranışı,tutduğu anti humanist hərəkətlər, kollektivin ünvanına işlətdiyi qeyri-etik ifadələr adi hal almaqda davam edir.01.05.1955-ci ildə anadan olmuş Qənirə xanımın vəzifədə çalışmanın yaş həddinin başa çatmasına baxmayaraq təhsil sahəsində göstərdiyi “nailiyyətlər”əvə himayədarlarına görə əmək müqaviləsi hələ bir il də uzadılıb.İctimaiyyət arasında, ümumtəhsil məktəblərində bu cür kadrların fəaliyyəti və özbaşnalıqları Təhsil Nazirliyi və BŞTİ-nin son illər gördüyü təqdirəlayiq işlərə kölgə salır, işgüzar nüfuzlarına xələl gətirir.Cəmiyyətin ilkin tərbiyəsinin təməli məktəbdə qoyulur! Məktəb -tərbiyəmizin özəyidir! Məktəb – Rüşvətin yox, təhsilin “ocağı” dır! Kimlərin rəhbər olması şərt…Özü isə “Mən hələ 5 il bu məktəbdə direktor olacam. İşimi aidiyyatı instansiyalarla “həll edib” gəlmişəm” deməsindən doğan güvən hissi “kimlərə” söykənir? Kimdir bu şəxsin gizli himayədarı? “Toxunulmazlıq” statusunu “kimlər” dən alıb? “Kimlər” bu şəxsi dəstəkləyir? Bu suallara növbəti məqaləmizdə aydınlıq gətirəcəyik.

P.S. Sonda onu da qeyd edək ki, dünən Təhsil Nazirliyi tərəfindən 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanovaya töhmət verilmişdir.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz