Axtarış...

Ramiz Mehdiyevin yerinə ONUN ƏSAS DÜŞMƏNİ GƏTİRİLİR - ŞOK İDDİA

Ramiz Mehdiyevin yerinə ONUN ƏSAS DÜŞMƏNİ GƏTİRİLİR - ŞOK İDDİA

Neçə müddətdir ki, AMEA-nın rəhbəri postunda dəyişiklik üçün yerli KİV-in iştirakı ilə alt yapı - zəmin hazırlanmaqdadır. DİA.AZ bildirir ki, PA-dan qovulduqdan sonra AMEA-nın rəhbərliyinə gətirilən Ramiz Mehdiyevlə siyasi hakimiyyətinin münasibətlərinin gərgin olduğu ortadadır. Hazırda Ramiz Mehdiyevə qarşı bir ETİRAZ PARADI müşahidə olunmaqdadır ki, bunun da bir mətniqi sona varacağaı gözləniləndir. Yəni Ramiz Mehdiyev istənilən halda AMEA rəhbərliyindən uzaqlaşdırılacaq.

Bununla bağlı DİA.AZ-a da maraqlı bir informasiya daxil olub. Xəbərə görə, 9 fevraal tarixində AMEA-nın ümumi yığıncağının keçirilməsi planlaşdırılır və elə bu toplantıdaca Ramiz Mehdiyevə birdəfəlik "əlvida" deyiləcək. Xəbəri DİA.AZ-a verən mənbə iddia edir ki, yığıncağın başqa bir qərarı ilə akademik Vaqif Abbasov yeni prezident seçiləcək.

Kimdir Vaqif Abbasov? Qeyd edək ki, hazırda Neft-Kimya Prosesləri İnstitutunun direktoru postunu tutan Vaqif Abbasov bir müddət əvvəl Ramiz Mehdiyevlə açıq döyüşə girmişdi və AMEA şefi onu korrupsiyada ittiham etmişdi.

Keçən ilin noyabrında qeyd olunurdu ki, AMEA prezidenti Ramiz Mehdiyevin külli miqdarda vəsaiti mənimsəməkdə ittiham etdiyi Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov layihələr, qrantlar, dövlət sifarişlərini İNKOR MMC-yə verir və bu şirkət vasitəsilə külli miqdarda vəsait mənimsənilir. Belə ki, İNKOR MMC-nin rəhbəri Vüqar Fərəcov akademik Vaqif Abbasovun kürəkənidir.

Qeyd edək ki, İNKOR MMC Xətai rayonu, Xocalı prospektində yerləşir. Neft və qaz çıxarma, emalı, eləcə də kimya sənaye sahələri və kənd təsərrüfatı üçün korroziya, duzçökmə, parafinçökmə inhibitorları, üzvi həllediciləri, korroziyadan mühafizə boyaları, kompleks gübrələr, ziyanvericilərə qarşı dərman preparatları və s. istehsalını həyata keçirir.

Müəssisə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə birgə tədqiqatlar aparır, hazırlanan məhsulların təcrübə-sənaye sınağı da birgə həyata keçirilir.

DİA.AZ bildirir ki, İNKOR MMC AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti statusunu 2019-cu ildə alıb. İki il əvvəl özünə ayrıca bina da tikib.

Ramiz Mehdiyev isə V.Abbasovun direktor işlədiyi 10 il ərzində külli miqdarda vəsait qazandığını bildirib. Onun sözlərinə görə, müəssisəyə müraciətlər olanda isə V.Abbasov özünün Yüksək Texnologiyalar Parkındakı şirkətinə (İNKOR MMC nəzərdə tutulur – red.) tapşırır və pul qazanırlar.

AMEA rəhbəri bir çox sənədlərin gizlədildiyini, müəyyən məsələlərin yenidən araşdırıldığını və qeyd edilən məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciətin nəzərdə tutulduğunu da bildirmişdi.

İndi isə Ramiz Mehdiyevin yerinə məhz Vaqif Abbasovun gətiriləcəyi söylənilir. Hər halda, bunu dəqiqləşdirə bilmək imkanlarımız məhdud olduğundan iş ancaq gözləməyə qalır...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz