Axtarış...

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 268 yeni yoluxma faktı qeydə alınıb, 1 486 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

28 Yanvar 2022-ci il tarixində 3564 yoluxma faktı və 19 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 546 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 889, buster doza üzrə vaksinasiya olunanların sayı isə 29 712 nəfərdir.
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Text-to-Speech

DİNLƏ






Şərh yaz