Goranboy rayon sakini Əliyev Rəsul Vahid oğlu rayon ərazisində dövlət və qanunla heç bir əlaqəsi olmayan qanunsuzluqlarla bağlı İDEAL-a müraciət etmişdir.
Müraciətdə deyilir:
“Korçay Dövlət Təbiət Qoruğu – Azərbaycan Respublikası Prezidentinin 2008-ci il il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun izibati ərazinin 4833,6 hektar sahəsində yaradılmışdır. Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır.
Qoruqda istənilən təsərrüfat fəaliyyəti qadağandır. Lakin 2021 - ci il fevral – mart aylarında iki nəfər fiziki şəxs qoruğun mühafizə rejimini pozaraq, gölə təsərrüfat məqsədi ilə balıq buraxıblar. Qadağan olmasına baxmayaraq ərazidə qazla işləyən partlayan quş qovan aparatlar işləyib. Qoruq direktoru bunu bilib lakin heç bir tədbir görməyib. Buna etiraz edən iki nəfər müfəttişi isə şərləyərək işdən çıxarıb. 2021 – ci ilin noyabrında balıqları tutmaq üçün gölə nasos quraşdırılıb və göl qurudulmağa başlanıb. Qurutma prosesi 10 günə yaxın davam edib. Qoruğun mühafizə yegeri həmin şəxslər tərəfindən döyüldükdən sonra həmin mühafizə yegeri qoruğun direktoruna müraciət edib. Lakin direktor Yusif Kazımov mühafizə yegerinə deyib ki, sakit ol, səs- küy salma, balıqları tutub gedəcəklər. Mühafizə yegeri daha sonra məktubla ETSN – nə müraciət edib və araşdırma başlanıb. Buna baxmayaraq yenə heç bir tədbir görülməyib. Cinayətkar direktorun əməlləri ucbatından təbiətə ziyan dəyib. Eləcə də, bu cinayət əməlini Bioloji müxtəliflik xidməti bilir, lakin fərqli don geyindirməyə çalışırlar. Buna səbəb isə, arada maddi marağın olmasıdır. Bu faktı cənab nazirdən gizlədirlər”. //azinfo.tv//