Axtarış...

Ərəblərə peşkəş edilən ANA TƏBİƏTİMİZ... - Bunları DURDURAN OLACAQMI?

Ərəblərə peşkəş edilən ANA TƏBİƏTİMİZ... - Bunları DURDURAN OLACAQMI?

Biləsuvar rayonunda Mahmudçala qoruğunda yerləşən Mahmudçala gölünün quruması ətraf rayonların əsas ekoloji probleminə çevrilib. Lakin məsələ ondadır ki, göl təbii yolla qurumur. Qurumanın səbəbi 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçilərinin süni kanallar qazaraq gölün suyunu Xəzər dənizinə axıtması ilə bağlıdır.

Bu barədə Replika TV-yə yerli sakinlərin çəkib yolladığı videodan da görünür ki, Mahmudçala gölü qoruğun işçiləri Talıb Kərimov və Zaur Rzayev tərəfindən bilərəkdən və məqsədli şəkildə qurudulur. Bu iki qoruq işçisinin vəzifələri gölü və qoruğu kənar müdaxilələrdən qorumaq olsa da, onlar çoxlu sayda nadir quşların qışladığı gölün qurudulması üçün durmadan çalışırlar. Belə ki, Talıb Kərimov və Zaur Rzayev gölün suyunun Xəzər dənizinə axıdılması üçün kanallar çəkir və şəxsi qazanc əldə etmək məqsədi ilə regionun ekologiyasına öldürücü zərbə vururlar.

Yerli sakinlər iddia edirlər ki, Talıb Kərimov və Zaur Rzayev bütün bu qanunsuz işləri 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdiri Rafayıl Tahirovun məlumatı daxilində həyata keçirirlər və təbii ki, Rafayıl Tahirov onların qanunsuz gəlirlərinin əsas şərikidir. Əks təqdirdə Talıb Kərimov və Zaur Rzayev süni kanallar vasitəsi ilə gölün suyunu Xəzər dənizinə axıda bilməzdilər.

Yerli sakinlər bildirilər ki, gölün qurudulmasında əsas məqsəd göldə olan balıqları tutmaqdır. Tutulan balıqlari isı Talıb Kərimov və Zaur Rzayev alverçilərə satırlar.

Bundan başqa göldə suyun azalması, bataqlıqların quruması qanusuz ovçuluq üçün də şərait yaradır. Sakinlər qeyd edirlər ki, hər şənbə və bazar günləri qoruqda durmadan atəş səsləri eşidilir. Qoruqda ov edənlər isə, yerli sakinlər və Bakıdan gələn naməlum qonaqlardır. Hətta Mahmudçala qoruğunda tez-tez ərəblərə belə rast gəlmək olur.

Xatırladaq ki, bundan əvvəl Mahmudçala qoruğunda süni yanğınların yaradılması ilə bağlı da məlumatlar yerli mətbuatda dərc olunub.

Qeyd edək ki, Mahmudçala gölü Biləsuvar rayonunda ən böyük su hövzəsidir. Bura hər il dünyanın müxtəlif ölkələrindən növbənöv çöl quşları qışlamaq üçün bura miqrasiya edir. Göl dəniz səviyyəsindən 22 metr aşağıda yerləşir. Ümumi sahəsi 8000 ha-dır. Mahmudçala su-bataqlıq sisteminin ümumi sahəsi isə 23000 ha təşkil edir (Ağçala gölü ilə birlikdə.)

Bura gələn quşlar arasında son illər dünyada ümumi sayı təxminən 10 minə çatan nadir göydimdik ördəyə də rast gəlinir. Bu ördək növü Qazaxıstanda bala çıxardıqdan sonra qışlamaq üçün məhz bu məkana gəlir. Bundan başqa göldə çoxlu sayda digər su-bataqlıq quşları qışlayırlar. Lakin onların çoxusu ovçuların güllələrinə tuş olurlar. Bu üzdən də son illər qoruqda quşların sayı sürətlə azalıb. //Replika TV//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz