Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər ölüb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 406 min 796 nəfərin test edildiyi, 63 min 214 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 29 min 197 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.