Axtarış...

Türkiyədə son sutkada koronavirusdan 153 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 153 nəfər ölüb

Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 153 ölüm faktı qeydə alınıb.

“Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə 220 985 nəfərin koronavirus testi yoxlanılıb.

Onlardan 29.081 nəfərin cavabı pozitiv çıxıb. 20 208 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

Hazırda ölkədə koronavirusa yoluxmuş 1810 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.



Şərh yaz