Axtarış...

Koli.az şirkəti ancaq NARAZILIQ YARADIR... - İTTİHAM

Koli.az şirkəti ancaq NARAZILIQ YARADIR... - İTTİHAM

"Son vaxtlarda ölkədə ən çox yayılan sektorlardan biri, karqo firmalarıdır desək, yanılmarıq. Xüsusən də türk lirəsinin dəyərdən düşməsi və bir çox məhsulların Türkiyədə daha ucuz başa gəlməsi, daşımaçılıq sahəsinə tələbatı artırır və karqo firmalarının artmasını şərtləndirir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məaqlədə daha sonra bildirilir: "Əslində, ölkədə az-çox rəqabətin olduğu sahələrdən biri olması, bu sahədə qiymətlərin aşağı düşməsinə səbəb olsa da, təəssüf ki, eyni şeyi keyfiyyət barəsində demək olmur. Əksinə, qiymətlər düşdükcə, xidmətin səviyyəsi də azalır. Necə deyərlər, “ucuz və keyfiyyətsiz”.

Bəzən isə hətta baha və keyfiyyətsiz karqolar da tapılır.

Bəs, bu vəziyyətin səbəbi nədir? Karqo firmalarının xidmət keyfiyyətinin, yüksəlmək yerinə, daha da düşməsi, hansı amillərlə bağlıdır?

Ekspertlərin fikrincə əsas səbəblərdən biri süni özgüvəndir.

Belə ki, proses, adətən belə baş verir: təzə bir firma açılır, çoxsaylı rəqibinin olduğu bazarda müştərinin diqqətini cəlb etmək üçün xüsusi endirimlər və kampaniyalar düzənləməli olur. Və reklamla istədiyinə çatır. Lakin, müştərini cəlb edəndən sonra, öz populyarlığına güvənərək “onsuz da çoxlu müştərim var” anlayışına sahib olur. Nəticə etibarilə, xidmət keyfiyyəti düşür, müştərinin rəyi və razılığı önəmsizləşir. “Yaxşı karqo” gedir, yerini “populyar karqo” alır.

Daimi reklam və yaddaşlardakı mövcudluğa əsaslanan bu karqolar, məlumatsız yeni müştəriləri “tora sala” bilirlər. Hər halda çox az müştəri, karqo seçimində ciddi araşdırıb, məntiqlə qərar verir.

Daşımaçılıq sektorunun xidmət böhranının başqa bir səbəbi isə karqolarla məşğul olması gərəkən müvafiq dövlət qurumunun fəaliyyətsizliyidir. Söhbət, ilk növbədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən gedir. Adıçəkilən qurumun rəhbəri Sahib Məmmədovla bağlı istehlakçılardan çoxsaylı şikayətlər gəlməkdədir. Daşınma bazarındakı mövcud özbaşınalıq və xaos müqabilində, sözügedən qurumun nə işlə məşğul olduğu, nəyə lazım olduğu soruşulur. İstehlakçıların konkret sübut və şikayətlərini “qulaqardına vuran” və dəxilsiz cavablarla yola verən Sahib Məmmədovun rəhbəri olduğu quruma öz vəzifə və məsuliyyətini xatırlatmaq üçün, konkret daha bir fakt təqdim edəcəyik. Söhbət, karqo bazarındakı “yiyəsizliyi” “dəyərləndirən” Koli.az adlı şirkət barədəki şikayətlərdən gedir.

Özünə, “google map”-da süni şəkildə (saxta profillərlə) “yüksək xal” düzəldən bu karqo, nədənsə feysbukda “dəyərləndirmə” bölümünü bağlayaraq, özü barəsində həqiqi rəy bildirilməsini əngəlləyir, sosial şəbəkələrdəki səhifələrinə yazılan tənqidi şərhlərin bir qismini isə silir.

Mediada bu yaxınlarda geniş yer aldığı kimi, bu karqo qurumu, iyul ayında “Sehrli Ay” deyə bir kampaniya başlatmış və kampaniyanın ən adi elementi olan “Ay”a riayət etməyərək, 1 ay tamam olmadan, anidən və gizli şəkildə (saytda məlumat yerləşdirmədən) kampaniyanı dayandırmışdı. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə edilən şikayət və təqdim olunan konkret sübutlar qarşısında, Sahib Məmmədov, açığını desək, savadsız bir mövqe sərgiləyərək, məhkəməyə müraciət etməyi məsləhət görmüşdü.

Lakin, sözügedən karqo barədə bu günlərdə edilən yeni şikayətlərdən məlum olur ki, sən demə ki, bunlar müştərini “tora salmaqdan” əl çəkmək fikrində deyillər və əməlli-başlı “haqqın yolunu” tapıblar! Məsələn, Koli.az-ın müştərilərindən olan İlkin Hüseynov sosial mediada şokedici bir faktı gündəmə gətirərək, qurumu ifşa edibdir. Məlum olub ki, bu yaxınlarda şirkət, “Ulduzum” adlı yeni bir kampaniya elan edib, lakin kampaniyada bilərəkdən boşluqlar buraxaraq, sonradan vəd verdiyini qaytarmamaq üçün “əl yeri” qoyubmuş! Nəticədə nə qədər etiraz edilsə də, hər dəfə yeni bəhanələr və yalanlar uyduraraq, müştəriyə vəd etdiyini vermir.

İlkin bəy yazır:

Mənim də şikayətim, müştərilərini aldadan Koli.az şirkətindəndir. Amerikadan etdiyim sifarişin çəkisi çox olduğu üçün, Kolinin “Ulduzum” kampaniyasına əsasən ilk sifarişimin daşıma haqqına 40% cashback qaytarılmalı idi. İlk öncə onu deyim ki, reklamlarında 5 gün ərzində çatdırılması qeyd olunsa da, bağlama 20 gündən tez gəlib çıxmır. 6 dekabrda təslim edilmiş bağlama 10 gün sonra sistemə əlavə olundu və 26 dekabrda anbara çatdırıldı. Bu problem bir yana, əsas məsələ, müştərilərini aldatmağıdır!

Deməli, 86.47 manat çatdırılma haqqını ödədiyim təqdirdə heç bir məbləğ cashback olaraq geri qayıtmadı!… Səbəbini soruşduqda isə ilk öncə, qeydiyyat keçdikdən sonra nömrə dəyişdiyimi qeyd etdilər, bu barədə heç yerdə məlumat qeyd olunmadığını dedikdə isə başqa bir bəhanə gətirərək, yalnız onlayn ödədikdə cash back-in qayıtdığını dedilər. Hansı ki, bağlamanı götürməmişdən qabaq, operatordan dəqiqləşdirdim və bildirdilər ki, hər iki halda məbləğ qaytarılır. Sonradan şirkətin müdiriyyətinə müraciət etdikdə isə bildirildi ki, qayda, Amerika sifarişlərinə şamil olunmur.

Təsəvvür edirsiz? Şirkət, öz işçilərinin belə, məlumatlı olmadığı kampaniya ilə, informasiya boşluğu buraxaraq, müştəriləri aldadır və burada da zərər çəkən müştəri olur.

Onu da bildirim ki, bu kampaniyanın yalnız Türkiyə sifarişlərinə aid olması ilə bağlı heç bir yerdə, heç bir məlumat yoxdur!”

Yəni, bir sözlə, Koli.az şirkəti, konkret olaraq FIRILDAÇILIQLA məşğuldur! Bəli, bunun başqa adı yoxdur.

Yəqin ki, şirkətin rəhbəri yenə “daş atıb başını tutacaq” ki, bizi fırıldaqçı adlandırıb, müştərini bizdən qaçırmaq haqqınız yoxdur. Amma, cənab Hüseyn Qurbanov cavablandırsın görək, artıq 3-cü dəfədir ki, kampaniya elan edib, sonra əməl etməməyin adı nədir? Biznes, yoxsa dələduzluq?

P.S. Bəlkə də bu məqalədən sonra şirkət başqa bir arqumentlə çıxış edib, “neqativ halların olması normaldır, razı qalan müştərilərimiz də var” deyə özünü müdafiə edəcək. Amma bu da keçərli arqument deyil, çünki bütün karqolardan razılar da, narazılar da var. Hər halda şirkət, aldatdığı zaman, hamını, bütün müştəriləri aldatmayacaq; hamını aldatsa, zatən müştərisi qalmaz. Amma, hətta 1 nəfəri də aldadıb, ona qarşı dələduzluq edilirsə, bunun adı fırıldaqçılıqdır, oğurluqdur və sivil ölkələrdə şirkətin bağlanması üçün yetərli bir səbəbdir.

P.P.S. Buyursun, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Sahib Məmmədov açıqlama versin ki, nəyə görə bu şirkətin dələduz fəaliyyətinə göz yumur? Koli.az adlı saxtakarlıq mexanizmi, daha neçə yalançı kampaniya keçirəcək və daha neçə nəfəri aldadacaq ki, nəhayət tədbir görülüb, şirkət cəzalandırılsın? Əcəba, sizin susqunluğuzun arxasında hansı gizli məqamlar var, cənab Məmmədov?

Qeyd: Hər halda bu məqaləni görən on minlərcə insanın içində yüzlərcə müştəri var. Və onlar da yüzlərlə tanışını koli.az barədə xəbərdar etsə, bu, özü elə adıçəkilən karqo firması üçün ən ciddi cəza demək olacaq!

Beləliklə də, boşluqlardan, nəzarətsizlikdən istifadə edib insanları aldadan bu cür şirkətlərin və Hüseyn Qurbanov kimi avanturist “sahibkar”ların bazarı bağlanmış olacaqdır".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz