"Moskva Qazaxıstandakı vəziyyəti diqqətlə izləyir”.
Bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, Qazaxıstanda etiraz aksiyaları zamanı xəsarət alanlar arasında Rusiya vətəndaşlarının olması barədə məlumat daxil olmayıb.
Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib.