Axtarış...

Masallıda sakinləri incidən MƏMUR KİMDİR? - İTTİHAM

Masallıda sakinləri incidən MƏMUR KİMDİR? - İTTİHAM

Sosial Müdafiə Nazirliyinin Masallı rayon şöbəsinin müdiri Zamin Əliyevlə bağlı şikayətlər səngimək bilmir.

Millitv.az bildirir ki, bu barədə Cənubunsəsi.az saytı məlumat yayıb.

Qeyd edək ki, saytda sözügedən məmura qarşı ağır ittihamlar da səsləndirilib. Bildirilir ki, Zamin Əliyevqəbula gələn vətəndaşları qaziləri incidir, dərdini danışan vətəndaşa isə, "bizlik deyil get hara şikayət edirsənsə, et" deyir. Müdir Zamin Əliyev daha sonra ondan haqlı şikayət edən vətəndaşının işinə bir yol tapıb birdəfəlik xitam verdirir, öz işini isə ona "krişalıq" edən adamların sayəsində həll etdirir.

Daha sonra ittihamlarda deyilir: "Zamin Əliyev Masallıda müdir kreslosuna əyləşən kimi təcili olaraq qeyri-rəsmi toplantı keçirdib “səriştəli” əməkdaşlarına pul qazanmağın yollarını və təlimatlarını verib. Zamin Əliyev onlarla söhbətində razılaşdırıb ki, hər bir işçi 5 sosial yardım məsələsini reallaşdırmaq gücünə malikdir. Bildirmişdir ki, nə köməklik lazım olsa özüm edəcəm. Ona görə iş bölgüsü aparılsın, iki işin mənfəəti əməkdaşların, üç iş rəhbərliyin cibinə getsin. Zamin Əliyev iclasda şüarı da “Az qazan, həmişə qazan!” devizi olub. Bu plan üzrə işlər icra olunmaqdadır və ƏƏSMN-nin Masallı şöbəsinin əməkdaşları özərini rayonda çinovnik kimi aparırlar. Onlar ayrı-ayrı vətəndaşların həyətlərinə daxil olur, toyuq hinlərində, mal tövləsində “reyd” keçirirlər. “Həyətlərə dəstə ilə girib insanları qorxudurlar. Evlərə cumurlar, həyətlərdə vahimə yaradırlar. Mədəniyyətləri yoxdur. Hər bir razılaşmış vətəndaşdan 6-7ayın pulunu alırlar. Ayda 300-350 min manat pul qazanırlar. Sənədləri düz olan vətəndaşlara Zamin Əliyev nazirlikdə olan adamının əli ilə imtina verdirir. Hər dəfə bir şeyi bəhanə edir axırda da vətəndaşı təhqir edib yola salırlar. Müdir Əliyev Zamin deyir ki, mənim arxam çox möhkəmdir”, -kim necə bilir getsin yazsın, şikayət etsin, heç kim mənə heçnə edə bilməz. Qeyd etmək istəyirəm ki, yerli şöbədə Kazım adlı məmur bütün sistemi əlində saxlayır və Zamin Əliyevin hesab-kitablarını aparır: “O, tapşırılmış işləri qəbul edir, tapşırılmayan düzgün işlərə imtina vurur. Min bir bəhanə mesajı göndərir. Əsas mesaj “kommunal xərclərin bəyan edilməməsi” olur. Axı kasıb ailə 2 manat işıq, 5-10 manatlıq qaz istifadə edir. Hansı kommunal xərcdən danışır? Ümumiyyətlə, Zamin Əliyev öz “dəstəsi” ilə necə lazımdır Masallı və Yardımlı rayonlarında “fırlanır”.

Etibarlı mənbələrdən aldığımız məlumata görə, Zamin Əliyev “qaz vurub, qazan doldurur” Yardımlıda onlarla iaşə obyekti var: “Mağaza, kafe, restoran, Bakıda çoxlu sayda evlər...Bunları hansı pulla alıb? siz bilmirsiz mən deyim vətandaşın Masallıların pulu ilə alıb Nazirliyin Masallı və Yardımlı şöbələrini özəlləşdirib, özü demişkən arxası çox möhkəmdir. Sahil Babayevin baş verənlərdən xəbəri varmı? deyərdim amma bəli xəbəri var ki, Zamin Əliyev bu cür saxtakarlıqlar edib vətəndaşları öz qoçu işçiləri ilə təhqir edib incidirlər. Zamin Əliyev yalnız Heydər Əliyev fondu tərəfindən verilən yardımların yarısını mənimsəyir bir -ikisini götürüb Yardımlıda öz qohum əqrablarına verib, şəkil çəkdirib sosial şəbəkələrdə özünü təriflətdirir".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz