İmişli rayonunda doğulub-böyüyüb başa çatan Şükür müəllim kasıb bir ailənin övladı olub.Gənc yaşlarından kasıb və maddi rifah halı aşağı olan insanlar arasında böyüyən və onların çətinliklərini görən gəncdə insanlıq və humanizm prinsipləri başlıca olub.
Hələ 1960-1970-ci illərdə sovetlər dönəmində insanların min cür əziyyətlər çəkməsini görən Şükür Astanov həmişə əhalinin elektirik enerjisindən həftələrlə istifadə edə bilməməsini,ağır xəstələri rayon mərkəzindəki xəstəxanalara aparmaq eləcə də onlara ilk tibbi yardım göstərmək mümkün olmamasının haradan başlanmasını özü-özündə fikirləşdikdən sonra xülyalara qapılaraq bir zamanlar tozlu-palçıqlı-bataqlı rayonun yollarının abadlaşdıracağını söyləyəndə sözün əsl mənasında çoxları "kosmik gəminin" Günəşə uçması kimi bu arzu və xəyalları qarşılamışdır.
Müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Şükür Astanov imişli Tədarük kontorasında "tədarükçü" işinə qəbul olur.Keçmiş sovetlər ittifaqının müxtəlif şəhərlərinə Ezamiyyətə gedərək çoxlu dost və tanışlar əldə edir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra özəlləşmədə hərraclarda iştirak edir və biznes mühitinin yaranmasından əlverişli istifadə edir.
Qum və qrabel istehsalı üçün torpaq sahəsi və tikinti materialını istehsal edəcək avadanlıqlar alır.
"Orion-E" MMC şirkətini yaradır.Yol sənayesində öz bilik və bacarıqları ilə fərqlənən iş adamı ölkədə yol sənayesində qabaqcıl şəxslərdən birinciyə çevrilir.
İlk öncə Dövlətin rayonun yol sənayesinə ayırdığı vəsaitləri səmərəli istiqamətdə sərf etməklə və özünün şəxsi vəsait,eləcə də texnikaları hesabına İmişli rayonun bataqlıq-dərəli-təpəli yollarını asvalt döşəyir.
Şükür Astanovun yüksək işgüzarlığını,vəzifə və öhdəliklərinin öhdəsindən məharətlə gəlməsini görən Azərbaycan Avtomobil Yolları ASC onu 6-saylı Bakı -Astara Avtomobil Yolları istismar idarəsinə direktor təyin edir.Bundan sonra Şükür Astanov Dövlət idarəsinin və "Orion-E" MMC-nin gücü ilə Respublikamızın yollarını abadlaşdırmağa başlayır.
İkinci Qarabağ müharibəsində Dövlətimizin və Xalqımızın Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi böyük qələbə nəticəsində işğal altında olan torpaqlarımız azad edildi.Xeyli vaxt işğal altında olmuş şəhər və rayonlarımızın abadlaşması Şükür müəllim kimi vətəni sevən iş adamlarının üzərinə böyük vəzifə yükü qoydu.Bərbad vəziyyətdə olan işğal atından qurtarılmış şəhər və rayonlarımızın artıq şəhər və rayonları birləşdirən baş yolları asvalt örtüklə çəkilmiş və abadlaşmışdır.Bu yol çəklişlərində Şükür müəllimin özünün xüsusi yeri var.
Şükür Astanov ona kömək və yardım üçün müraciyyət edən kim varsa boş və ümidsiz geri qaytarmayıb.
İmişli və imişlilər Şükür Astanov kimi ağsaqqalarının olmasına görə fəxr edir.
Qeyd: Şükür Astanov yaxın günlərdə səhətindəki problemlə bağlı əməliyyat olunub.Böyük Allahdan onun tez bir müddətdə sağalmasını və ona uzun ömür verməsini arzu edirik !
Mürşüd Mirzəyev.
Tereqqi.az