"Adı korrupsiyaya bulaşmış icra başçılarından biri də Kürəmirin rəhbəri Ceyhun Cəfərovdur. Amma adam bu gün sanki gizlənibmiş kimi davranır. Səsini də çıxartmır, səsini də çıxartmırlar. Amma..." Bu barədə DİA.AZ-a Kürdəmirdən göndərilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra yazır: "Ceyhun Cəfərov o boyda "Rabitə işi"ndən qurtuldu. Ona görə də rayonda hamı icra başçısına "ölməz Kaşey" deyir. Bütün qohumlarını az qala tutdular. Adamdan ayın tarixini də soruşan olmadı. İndi də istədiyin edir".
Sakinlər bildirir ki, dəfələrlə rayondakı özbaşınalıqlardan "yuxarı" instansiyalara şikayət etsələr də səslərinə hay verən olmayıb: "Biz dia.az vasitəsilə hüquq-mühafizə orqanlarını Kürdəmirə dəvət edirik. Onda Ağstafaya şükür edəcəklər..."
İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...
DİA.AZ