Axtarış...

Deputatdan qalmaqallı AÇIQLAMA: “Azərbaycanda orta təhsil pulludur”

Deputatdan qalmaqallı AÇIQLAMA: “Azərbaycanda orta təhsil pulludur”
“Valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır”.

Təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Bu müzakirələrə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev də qoşulub.

E.Əliyev imkanlı məzunları bitirdikləri orta məktəblərə dəstək olmağı səsləyib.

Onun sözlərinə görə, həmin şəxslərin məktəbə maddi dəstəyi bir o qədər ajiotaj yaratmaz:

“Bu hərəkət dünyada geniş yayılıb. Biz də sadəcə, elə əvvəldən “yığmaq” məsələsi dəbdə olub. İmkanlı şəxslər məktəbə kompüter, ağıllı lövhə bağışlaya, məktəb kitabxanasını kitablarla zənginləşdirə bilər. Hətta, məktəbə əlavə korpus da inşa edə bilərlər. Məktəblər ianə toplamaqla bu işin öhdəsindən gələ bilməzlər”.

Deputat qeyd edib ki, bəzi məktəblərin direktorları sinif otaqlarını və idman zallarını icarəyə verir:

“Yuxarı sinif şagirdləri böyük məbləğlər müqabilində dərsdən azad edilirlər. Bəs bu böyük pullar hara gedir? Bütün ölkə bilir ki, əksər məktəblərin yuxarı sinif şagirdləri dərsə gəlmirlər. Artıq ibtidai təhsil pilləsində repetitorluq tüğyan edir. Hər bir valideyn ayda 300-400 manat bu xidmətə pul xərcləyir. Məktəb təhsili keyfiyyətli olsaydı, valideyn bu böyük vəsaiti övladının geyiminə, yeməyinə və başqa ehtiyaclarına xərcləyərdi”.

E.Əliyev təhjsil ocaqlarında fəaliyyət göstərən və “Valideyn-Müəllim Assosiasiyası” adlanan qurumları nəzərdə tutaraq deyib:

“Bir tərəfdən də hansısa qurum məktəbdən pul toplayır. Direktorlar da əmr edilər ki, təcli pulu çatdırın, “Şakaya” pul lazımdır”.

Deputat onu da əlavə edib ki, məktəblərdəki gəlirlərinin hesabına babat biznes quran direktorların sayı az deyil.

O, sonda qalmaqllı fikir də səsləndirib: “Azərbaycanda orta təhsil pulludur”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz