Axtarış...

Əmrullayev də bu işi bacara bilmədi... - İDDİA

Əmrullayev də bu işi bacara bilmədi... - İDDİA
Rəsmi statistika deyir ki, Azərbaycanda ümumtəhsil məktəblərində müəllimlərin 73 faizi, orta ixtisas məktəblərində 74 faizi qadındır. Məntiqlə xanım məktəb direktorlarının faizi də təxminən belə olar.
Axı, 20-25 il əvvəl məktəbdəki kişi müəllimlərin, məktəb direktorlarının sayı daha çox idi.
Nə baş verdi ?
Görəsən təhsilimizin kişiləri hara getdi ?
Bunun iqtisadi səbəbləri var, yoxsa düşünülmüş siyasətdir ?
Ekspertlər məktəblərdə kişilərin sayının kəskin azalmasını, obrazlı desək təhsilin “qadınlaşmasını” ciddi problem hesab edirlər. Və deyirlər ki, yeniyetmə oğlanlar sanki “kişilik məktəbi” keçmir, “qadınsayaq” gənc oğlanlar böyüyür və s.
Nə isə, istənilən halda 73 faiz ürəkaçan məsələ deyil.
Bu məsələyə nə üçün toxunduq “
Əlbəttə, qadınlarımız bizim üçün böyük dəyərdir, deyirik, cənnət anaların ayağı altındadır, qızlarımız ismət rəmzidir və s. Amma millətin gələcəyi olan təhsili az qala tam “qadınlaşdırmaq” yaxşı nəsə vəd etmir.
Bir daha təkrar edirik ki, Hüseyn Cavid demişkən, “Sürüklənən bəşəriyyət qadınla yüksələcək”. Və məşhur misal var: “Hər uğurlu kişinin arxasında güclü bir qadın var”.
Görəsən məktəblərimizin çoxunda rəhbər olan qadın məktəb direktorlarının arxasında kim(lər) var ?
Bəli, problem budur.
Bəzilərinin xoşuna gəlməsə də deyəcəyik.
Xeyli sayda qadın məktəb direktorlarının arxasında məmurlar dayanır. Çünki məkəb direktoru olmaq əməlli-başlı biznesdir.
Neçə illərdir, fond pulu, süpürgə pulu, təmir pulu, müəllimlərin maaşından hər ay 15-20 manat tutmaq, məktəbdə şagird hazırlaşdıran müəllimlərlə 50-50-yə razılaşmaq, məktəbə ayrılan pulları mənmsəmək, məktəbin bufetində satılan ərzaq, yeməklər, hazırlığa gedən uşaqların aylıq pulu və s, və i.
Bu çox gəlirli biznes sahəsidir. Və kişi məmurlar qadınları məktəbə direktor təyin etdirməklə böyük biznesə şərik olurlar.
Yəni məktəbin qadın direktoru artıq böyük kollektivi, yüzlərlə, minlərlə şagirdi olan sahənin “xozeyini” olur. Və özünü əsl “xozeyin” kimi aparır. Yəni, təhsil, tərbiyə keçir arxa plana. Axı, direktorun özünün də məmur “xozeyni” var. Problem budur.
Yəni loru dildə desək hər xozeyin məktəb direktorunun dalında iri, yekə bir məmur dayanıb.
İndi hamı soruşur ki, təhsil naziri Emin Əmrullayev niyə məktəb direktorunu işdən çıxarda bilmədi ? Gücü ancaq direktor müavininə çatdı və s.
Yəqin bəlli oldu ki, söhbət 2 gün öncə Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində direktor müavininin şagirdi döyməsindən gedir.
Təhsil Nazirliyi bildirilib ki, qeyd olunan məsələ araşdırılıb, nazirin müvafiq əmri ilə 5 nömrəli Respublika xüsusi internat məktəbinin direktor müavini işdən azad olunub, direktoruna isə töhmət verilib. Sadəcə, töhmət.
Bütün sosial şəbəkə soruşur ki, niyə direktora yüngül, lap yüngül cəza verilib ?
Axı, yuxarıda qeyd etdiyimiz kimi təhsil sistemi rüşvətin və korrupsiyanın içərisnidə boğulur.
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun ən yaxın adamı olan Emin Əmrullayev islahat-filan etmək barədə düşünmür. O da köhnə sistemin başında köhnə qaydalarla işləyir, yoxsa tenderləri öz yaxınlarına niyə verirdi ?
Məktəblərə işə qəbulun qiymətləri günbəgün artır. Bunlar olmasaydı Emin Əmrullayev Qubanın Nügədi kəndində möhtəşəm villanı hansı pulla tikdirirdi. Hələ başqa mülklərini, əmlakını demirik.
Yəni Emin Əmrullayevin də arxasında Əli Həsənov kimi öz “xozeyin” ləri dayanır. Və gənc təhsil nazirimizdən islahat-filan gözləmək boş xülyadır.
Növbəti yazımızda Təhsil naziri Emin Əmrullayevin Qubadakı möhtəşəm villası barədə geniş bəhs edəcəyik. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz