Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 922 yeni yoluxma faktı qeydə alınıb, 1 621 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
Xatırladaq ki, 13 Dekabr 2021-ci il tarixində 518 yoluxma faktı və 16 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 799 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 359, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 153 nəfər təşkil edib.